Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Prezidentlərin görüşü nəticə verməyəcək”

 

Azərbaycan və Ermənistan Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qarşıdakı görüşü heç bir nəticə verməyəcək.

"Xeberinfo.com":   Məlumata görə, bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.

Onun sözlərinə görə, qarşıdakı görüşdən sonra münaqişənin nizamlanmasında sıçrayış gözləməyə dəyməz: “Tərəflər arasında etimad olmayanadək sülhə nail olmaq mümkün deyil. Görüşün nəticə verəcəyinə dair heç bir şans görmürəm, lakin etimadın yaradılmasına başlamaq üçün görüş baş tutmalıdır ki, bu da özlüyündə çətin və uzun prosesdir”.

M.Brayza qeyd edib ki, Rusiya münaqişənin həllində maraqlı deyil, onu tərəflərə manipulyasiya etməyə imkan verən “nə sülh, nə də müharibə” vəziyyəti qane edir: “Rusiyaya da müharibə lazım deyil. Hazırda irəliləyiş üçün şanslar yoxdur”.

Diplomat əlavə edib ki, Azərbaycan mövcud vəziyyətdə ölkənin möhkəmləndirilməsi kursunu davam etdirməli¸ bəzi islahatlar aparmaq, iqtisadiyyatın səmərəliliyini gücləndirmək üçün neftin qiymətlərinin azalması dövründən istifadə etməlidir: “Azərbaycan insanların həyat səviyyəsinin yaxşılaşdığı uğurlu, müstəqil, zəngin ölkədir. Azərbaycan möhkəmlənməyə davam etməlidir”.

M.Brayza diqqətə çatdırıb ki, Ermənistan indiki vəziyyətdə Rusiyadan, rus sərmayələrindən və energetikasından asılılığını azaltmalıdır: “Rusiya Ermənistanın bütün əsas infrastrukturuna sahibdir ki, bu da Sarkisyanın bu ölkə qarşısında mövqeyini çox zəif edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam