Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rusiya iki ildir NATO-nu qorxutmağa çalışırdı”

trend_matthew-bryza_main_3

 

Rusiya beynəlxalq qanunvericiliyi pozub və NATO-ya qarşı qeyri-dost hərbi akt həyata keçirib. 

 

Xeberinfo.com:  Məlumata görə, bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza bildirib.
Onun sözlərinə görə, Türkiyə etnik rusları bombalasaydı, təbii ki, bu, Rusiyanın xoşuna gəlməzdi.
M.Brayza qeyd edib ki, Rusiya artıq iki ildir bu oyunu oynayaraq NATO-nu qorxutmağa çalışır: “Bu insident gec-tez baş verəcəkdi, çünki Rusiyanın NATO-nun hava məkanını pozması buna gətirib çıxaracaqdı”.
İnsidentin iqtisadi nəticələrinə gəlincə, o, əlavə edib ki, Rusiyanın atacağı iqtisadi addımlar radikal xarakterli olmayacaq: “Qazprom”a Türkiyə bazarı lazımdır. Hər halda Türkiyəyə Rusiya qazının tədarükündə yubanmalar olmayacaq. Rusiya yəqin ki, Türkiyə istehsallı qida məhsullarının idxalını dayandıracaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam