Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Putinin mühafizəsində ağır texnikadan istifadə oluna bilər -Yeni qanun qəbul edilib

 

 Rusiya parlamentinin aşağı palatası Dövlət Duması Federal Mühafizə Xidmətinin (FMX) əməkdaşlarına hərbi texnikadan istifadə icazəsi verən qanun layihəsini qəbul edib.

Yenixeber.org: İndiyədək mövcud olan qanunvericilyə görə dövlət rəhbərlərini, o cümlədən prezident Vladimir Putini qoruyan FMX-nin əməkdaşları fiziki gücdən, xüsusi vasitələrdən və silahdan istifadə edə bilərdilər. Yeni qanun FMX-nə helikopter və zirehli hərbi texnikadan istifadə icazəsi verir. Qanunda deyilir ki, FMX bölmələrinin komandirləri ağır hərbi texnikadan istifadə üçün əmrlər verə bilərlər.

Bu qanun layihəsinin təşəbbüsçüləri – hakim Vahid Rusiya Partiyası fraksiyasının üzvləri Vasili Piskarev, Ernest Valeev və Aleksandr Knişteyn, habelə Ədalətli Rusiya fraksiyasından Nikolay Ryzakdır.

Qanunda deyilir ki, Kremlin və prezident administrasiyasının mühafizəsi üçün FMX-nin hərbi texnikaya malik olması zəruridir. Deyilənlərlə yanaşı, qanunvericilik aktında habelə FMX-nin səlahiyyətlərinin gücləndirilməsi də nəzərdə tutulur.

Qanun layihəsində qeyd olunur ki, FMX haqqında qanun son dəfə 1996-cı ildə qəbul edilib və ona görə də təzələnməsinə ehtiyac var. Qanun habelə FMX-nin ağır texnikadan istifadəsinin qaydalarını izah edir. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam