Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Elmar Vəliyevin övladları Türkiyədə biznesə başladı

 

 

Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin övladları Türkiyədə mehmanxana biznesi ilə məşğuldurlar. 

Kübra, Lalə və Elmir Vəliyevlar İstanbuldakı “Vista İnşaat ve Dış Ticaret A.Ş.”, “Costa Turizm İnşaat ve Dış Ticaret A.Ş.” və “Expa Turizm İthalat İhracat ve İnşaat A.Ş.” şirkətlərinin 25/25/50 faiz pay nisbəti ilə payçılarıdır. 

Vəliyevlər bu şirkətlərə torlam 300 000 lirə yatırıblar. E. Vəliyevin övladlarının şirkətlərinin üçünün də əsas fəaliyyət sahəsi mehmanxana biznesidir. Bu şirkətlərin üçünə də Elmir Vəliyev başçılıq edir.

Hər üç şirkət Bayrampaşadakı Yenidoğan məhəlləsinin Demirqapı prospekti, Rifatağa Çarşısı, ev 32, 2-ci mərtəbədə yerləşir. Türkiyə mənbələrinə görə, burada 2016-cı ilədək Suz-i Dilara Cafe fəaliyyət göstərib.

Təsis sənədlərində Vəliyevlər yaşayış yeri kimi Bakının Nərimanov rayonundakı Murtuza Nağıyev, 19G nömrəli ev qeyd ediblər.

Xatırladaq ki, 1989-cu il təvəllüdlü olan Elmir Vəliyev atası icra başçısı olduğu zaman Kəpəz futbol klubunun  prezidenti kimi fəaliyyət göstərirdi. Hətta son zamanlar o ictimai-siyasi proseslərin də aktiv iştirakçısına çevirilmiş, “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyini təsis etmişdi. Həmçinin Milli Məclisin sektor müdiri vəzifəsinə təyin edilmişdi.

Yenisabah.az
Elmar Vəliyevin övladları Türkiyədə biznesə başladı

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam