Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Oqtay Gülalıyevə yardım marafonu elan edildi

 

Hüquq müdafiəçisi üçün açılmış bank hesabına vəsait köçürməklə onun müalicə imkanını arıtmaqda iştirakçı olun

Yenixeber.org: Oktyabrın 29-da Bakıda avtomobillə müəmmalı şəkildə vurulandan sonra və Azərbaycan xəstəxanalarında vaxtında tibbi müdaxilə edilmədiyi üçün ağır koma vəziyyətinə düşən, hazırda Ankarada Amerikan hospitalda müalicə altında olan hüquq müdafiəçisi Oqtay Gülalıyevə yardım marafonu təşkil olunacaq. Marafon 13 dekabr 2019-cu ildə saat 11:00-dan 17:00-dək Müsavat Partiyasının qərargahında (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə) keçiriləcək. Marafonda yığılan vəsait O.Gülalıyevin effektiv müalicə ala bilməsi üçün xərclənəcək.

O.Gülalıyevi Türkiyədə müalicə etdirməyi məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimov buna hazır olduğunu deyəndən sonra Heydər Əliyev Fondu öz üzərinə götürdü və hüquq müdafiəçisi Fondun dəstəyi ilə bir müddət Ankarada Avrasiya klinikasında müalicəyə alındı. Amma sonradan bəlli oldu ki, həmin klinika elə vəziyyətdə olan xəstələrin müalicəsi üçün uyğun imkanlarda deyil və Oqtay bəyin də durumunda hər hansı irəliləyiş müşahidə olunmur, əksinə geriləmə var. Bundan sonra O.Gülalıyev Amerikan hospitalına köçürüldü, lakin bu zaman H.Ə.Fondu Gülalıyevin ailəsinə yazılı şərt qəbul etdirdi ki, maliyyələşməni yalnız dekabrın 9-dək davam etdirə biləcək. Bu da ölkənin demokratik ictimaiyyətində müəyyən etiraz və qınamalara səbəb oldu. Sonradan Fond maliyyələşdirməni davam etdirib etdirməyəcəyinə hər 10 gündən bir yenidən baxacağını bildirməklə, Oqty bəy Amerikan hospitalda saxlanılıb.

İş adamı M.Mənsimov isə Gülalıyevin ailəsinə çatdırıb ki, məsələyə H.Ə.Fondu qarışandan sonra müalicəni maliyyələşdirməni öz üzərinə götürə bilməyəcək.

Bütün bunlara görə də Azərbaycanın demokratik ictimaiyyəti O.Gülalıyevin ən azı indiki səviyyədə müalicə edilməsinin hər an dayana biləcəyi riskini nəzərə alıb ona maddi kömək üçün marafon təşkil etmək qərarına gəlib.

Onu da bildirək ki, O.Gülalıyevin xanımının adına artıq bank hesabları açılıb və az-çox imkanı çatan hər kəs bu hesablara pul köçürməklə Oqtay bəyin müalicəsinə kömək göstərə bilər. Bank hesabları:

Görüntünün olası içeriği: yazı
Görüntünün olası içeriği: yazı
Görüntünün olası içeriği: yazı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam