Zelenskidən YENİ XƏBƏR:geri addım atdı...

Ukrayna Prezidenti Volodimir Zelenski korrupsiya ilə mübarizə aparan iki əsas qurumun müstəqilliyini bərpa edib. Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğunun (SAPO) müstəqiliyini məhdudlaşdıran qanun layihəsi etirazlardan sonra geri oxunub.
Yenixeber.org: Qeyd edək ki, Zelenskinin rəhbərlik etdiyi “Xalqın Xidmətçisi” partiyasının təşəbbüsü ilə qəbul olunan və sözügedən orqanların səlahiyyətlərini zəiflədən qanun ölkəboyu kütləvi etirazlara səbəb olub
Ötən həftə parlamentdə tələsik qəbul olunan dəyişikliklərə minlərlə insan Kiyev və digər şəhərlərdə “Ayıb olsun!”, “Hakimiyyət xalqındır!” şüarları ilə etiraz edib. Aksiya iştirakçıları, xüsusilə Rusiya hücumlarının davam etdiyi bir vaxtda korrupsiyaya qarşı mübarizənin zəiflədilməsini qəbuledilməz hesab edib.
Məlumata görə, ictimai təzyiqlə yanaşı, Avropa İttifaqının da sərt xəbərdarlıqları vəziyyətə təsir edib. Avropa rəsmiləri Ukraynanın Aİ-yə üzvlük prosesinin antikorrupsiya islahatlarından asılı olduğunu bildirib və geri addım atılmasını tələb edib. Nəticədə Zelenski parlamentdə 331 səslə qəbul olunan yeni qanunu imzalayıb. “Bu qanun istənilən xarici təsirin və müdaxilənin qarşısını alır”, – deyə o, teleqram kanalında bildirib.
Yeni qanun əvvəlki düzəlişləri ləğv edir və baş prokurora antikorrupsiya işlərinə müdaxilə etmək səlahiyyətini məhdudlaşdırır. Tənqidçilər yeni qanunun Zelenskinin ətrafındakı şəxsləri qorumaq məqsədi daşıdığını bildirib.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen qanun layihəsinin qəbul edilməməsini alqışlayıb, Ukraynanı islahatları davam etdirməyə çağırıb.
NABU rəhbəri Semen Krivonos antikorrupsiya strukturlarına təzyiqlərin hələ də davam etdiyini bildirib. O, etirazların onlara daha böyük məsuliyyət hissi aşıladığını, lakin korrupsiyaya qarşı mübarizədə hökumətin də açıq dəstəyi lazım olduğunu vurğulayıb: “Bu məsuliyyət yalnız bizim deyil. Hökumət də "bəli, korrupsiya var – gəlin onu məhv edək" deməlidir”.
Qeyd edək ki, müharibə dövründə NABU və SAPO bir sıra yüksək rütbəli məmurlar – o cümlədən sabiq baş nazir müavini barəsində korrupsiya ittihamları irəli sürüb.