Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bu ölkədə parlament seçkiləri keçirilir

Albaniyada parlament seçkiləri keçirilir
Bu gün Albaniyada parlament seçkiləri keçirilir.

Yenixeber.org: Məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb, saat 19.00-da bağlanacaq.

Əsas mübarizə hazırkı Baş nazir Edi Ramanın rəhbərlik etdiyi Sosialist Partiya və sabiq prezident və keçmiş Baş nazir Sali Berişa lideri olduğu Demokrat Partiya arasında gedir. 80 yaşlı mühafizəkar Sali Berişa partiyasının daxil olduğu müxalif alyansa rəhbərlik edir. Əgər 2013-cü ildən ölkəni idarə edən 60 yaşlı Edi Rama 2030-cu ilə qədər Avropa İttifaqına qəbulu hədəf seçibsə, əsas rəqibinin rəhbərlik etdiyi müxalif koalisiyanın şüarı “Böyük Albaniya”dır. Bu, ABŞ Prezidenti Donald Trampın seçkiöncəsi şüarını xatırladır. Sali Berişa 12 ildən sonra hakimiyyətə qayıtmaq istəyir.

Qeyd edək ki, Sali Berişa korrupsiya ittihamları ilə əlaqədar Albaniya hüquq-mühafizə orqanlarının da diqqət mərkəzindədir. ABŞ rüşvət və qanunsuz varlanma şübhəsi ilə 2021-ci ildə Sali Berişaya qarşı sanksiya tətbiq edib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam