Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Trampın komandası iki yerə bölündü -SƏBƏB

amerikani-onlar-idare-edecek

Ağ Evdə Putinlə danışıqlarla bağlı münaqişə var – ABŞ prezidenti bilmir ki, Kremlə sərt təzyiq göstərmək lazımdır, ya yox!

Yenixeber.org: Bu barədə “Voll Strit Jurnal” nəşri yazıb.

Bildirilib ki, Donald Trampın ən yaxın müşavirləri bu məsələ ilə bağlı iki düşərgəyə bölünüb:

“Dövlət katibi Marko Rubio və xüsusi elçi Keyt Kelloq ABŞ prezidentini Moskvaya qarşı daha sərt mövqe tutmağa çağırır. Onlar Putində əsl sülh istəyi görmürlər və Kremlə həddən artıq etibar etməmək barədə xəbərdarlıq edirlər. Onların təklifi – nə qədər ki, Moskva yalnız Ukrayna ərazilərini tələb edir və hərbi əməliyyatları dayandırmır, heç bir güzəşt olmaz!

Bununla belə, görünür, Tramp artıq Moskvada Putinlə iki dəfə şəxsən görüşmüş və Rusiya diktatorunun sülh istədiyinə əmin olan xüsusi nümayəndəsi Stiv Uitkoffu daha çox dinləyir.

Ağ Evdəki bu ziddiyyətlər artıq ictimai məkana sıçrayır. Rusiyanın Sum şəhərinə raket hücumundan sonra Tramp hadisəni “səhv” adlandırdı və müharibədə Co Baydeni günahlandırdı. Rubio və Kelloq isə daha sərt mövqe tutdu: Rubio hücumu “qəddar və faciəli” kimi qiymətləndirdi, Kelloq isə bunu “bütün ədəb qaydalarının pozuntusu” adlandırdı. Bundan sonra Trampın özü də etiraf etməyə məcbur oldu ki, bu müharibəyə görə məsuliyyət daşıyanlardan biri də Putindir”.

Qeyd edilir ki, hazırda Ağ Evdə Putini faktiki olaraq danışıqlar masasına oturmağa məcbur etmək üçün Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin lazım olub-olmaması ilə bağlı gərgin müzakirələr gedir



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam