Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Zelenski müttəfiqləri qınadı:...bütün dünya “çox ləng” yaşayır

Ukrayna Prezidenti Volodimir Zelenski

Müharibə şəraitində olan Ukrayna ilə müqayisədə indi bütün dünya “çox ləng” yaşayır.

Yenixeber.org: Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə ölkə liderləri ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında ABŞ-yə güvənib-güvənmədiyi və müttəfiqlərin çox ləng hərəkət etdiyini düşünüb-düşünmədiyi ilə bağlı sualı cavablandırarkən deyib.

“Bunlar məzəmmət deyil, sadəcə olaraq tamam başqa reallıqlardır. Təəssüf ki, bir həftəyə etmək istədiyimizi bir neçə aya edirik. Niyə biz Ukraynada çox şey etmək istəyirik? Çünki bütün bunlar çox uzun zaman alır. Hər gün raket zərbələrinə məruz qalırıq, hər gün itkilərimiz olur və bunlar bizim üçün böyük itkilərdir. “Fərqli sürətlə” yaşayan insanlara izah etmək çox çətindir. Məsələn, ABŞ-nin “ruslar üzrə” nümayəndəsi Uitkoff. O, bizimlə mücərrəd danışır, tamam başqa dünyadandır. Bizim üçün bu insanlar başqa planetdəndirlər. Biz isə müharibədəyik”, - Zelenski bildirib.

Prezident vurğulayıb ki, söhbət tərəfdaşlara inam və ya inamsızlıqdan deyil, praqmatik şeylərdən gedir.

Onun sözlərinə görə, Avropanın gələcəyi kağız üzərində deyil, təhlükəsizlik ittifaqları üzərində qurulmalıdır.(“Unian“)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam