Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Etirazlardan yazan jurnalistlər həbs edilir

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həbsindən sonra ölkə boyu davam edən etirazları işıqlandırarkən saxlanılan jurnalistlərdən 7-si barəsində həbs qərarı çıxarılıb.

Yenixeber.org: Türkiyədə jurnalistlərə hüquqi dəstək verən Media və Hüquq Araşdırmaları Dərnəyi martın 24-də saxlanılan jurnalistlərin bu gün səhər saatlarında Çağlayan Ədliyyəsinə aparıldığını açıqlamışdı.

Jurnalistlərin “toplantı və nümayiş yürüşləri qanununa müxalifət”də ittiham edildikləri bildirilib.

Daha sonra Türkiyə Jurnalistlər Birliyi “AFP” müxbiri Yasin Akgül, “Now Haber” müxbiri Ali Onur Tosun, foto müxbir Bülənt Kılıç, müxbir Zeynəb Kuray, İBB foto müxbiri Kurtuluş Arı, Bakırköy Bələdiyyəsi foto müxbiri Gökhan Kam və müxbir Hayri Tuncun şərti azadlığa buraxıldığını açıqlayıb.

Lakin bir neçə saat sonra Birlik sözügedən yeddi jurnalistin həbs tələbi ilə məhkəməyə sövq edildiyini bildirib. Jurnalistlərin həbsi üçün sübut kimi etirazlar zamanı çəkilmiş fotoların göstərildiyi qeyd edilib.

Prokurorun əvvəlcə şərti azadlıq tələb etməsi, ardından isə fikrini dəyişərək jurnalistləri həbsə göndərməsi jurnalist birliklərinin etirazına səbəb olub.

“Həmkarlarımızın məhkəmə nəzarəti qərarı ilə şərti azadlığa buraxılması barədə məlumatı bizə vəkillərimiz vermişdi. Lakin sonra nə baş verdiyini bilmirik, prokuror qərarını dəyişdi və jurnalistlər həbs tələbi ilə məhkəməyə göndərildi. Həmkarlarımız jurnalistdir. Onların işi xalqa xəbər çatdırmaqdır. Nəinki həbsə göndərilmək, heç saxlanılmamalı idilər”, – Türkiyə Jurnalistlər Birliyinin bəyanatında deyilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam