Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Paşinyan Zəngəzur dəhlizini Ermənistan üçün çox vacib layihə adlandırdı:...bu yolları açmağa hazırıq

Paşinyan Zəngəzur dəhlizinndən danışdı: “Ermənistan üçün çox vacib layihədir”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışı zamanı Zəngəzur dəhlizindən danışıb.
Yenixeber.org: Paşinyan Ermənistanın Horadiz-Mehri-Ordubad-Arazdəyən dəmir yolunun açılmasının əleyhinə olmadığını bildirib.

“Hesab edirəm ki, bu, Ermənistan üçün çox vacib layihədir”.

Baş nazir bildirib ki, Ermənistan regionda nəqliyyat yollarının açılmasının əleyhinə deyil:

“Biz Azərbaycanla Türkiyə arasında, eləcə də Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yolun Ermənistan ərazisindən keçməsinin tərəfdarıyıq.

Biz regional qaz kəmərlərinin, neft kəmərlərinin, elektrik ötürücü xətlərinin Ermənistan ərazisindən keçməsinə qarşıyıq? Xeyr, biz buna qarşı deyilik, əksinə, bu layihələrdə maraqlıyıq. Bütün bunlar Ermənistanın, eləcə də digər ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində baş verməlidir”, - Paşinyan vurğulayıb.

O, Ermənistan Respublikasının suverenliyini və ya yurisdiksiyasını hər hansı şəkildə şübhə altına alan bəyanatın Ermənistan üçün qəbuledilməz olduğunu bildirib.

"Bu, bizim üçün qırmızı xəttdir", - Paşinyan deyib

Bununla yanaşı, Nikol Paşinyan xatırladıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yalnız “Laçın dəhlizi” nəzərdə tutulub:

“Ermənistan ərazisindən keçən dəhliz nəzərdə tutulmayıb, amma ümumilikdə demək istəyirəm ki, biz beynəlxalq ictimaiyyətin qulağında çaşqınlıq yaratmamalıyıq, çünki bir çox hallarda, məsələn, Avropada dəhliz deyirlər. Amma nəqliyyat yolların deyilməlidir”.

"Onlar yol istəyir, biz də istəyirik və biz Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində bu yolları açmağa hazırıq", - Paşinyan əlavə edib.

Onun sözlərinə görə, uzun müddətdir ki, Ermənistan hökumətinin gündəliyində Ermənistan-Azərbaycan sərhədində üç keçid məntəqəsinin açılması layihəsi var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam