Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

DTX daha bir şəbəkəni ifşa etdi:Ekstremist qruplara çatdırılan milyonlar...

DTX Azərbaycanda terakt planlaşdıran Əfqanıstan vətəndaşını saxlayıb - VİDEO

Avropadan Azərbaycana və əks istiqamətdə xüsusilə külli miqdarda valyutanın köçürülməsi üzrə gizlin sistem təşkil edən dəstə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş tədbirlərlə ifşa olunub.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, həmin şəxslərdən biri Azərbaycan Respublikası vətəndaşı Pərviz İsmayılovdur.

Belə ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq orqanı tərəfindən verilən vəsatət əsasında İsmayılov Pərviz Rövşən oğlu barəsində Cinayət Məcəlləsinin 206-1.3-cü (xüsusilə külli miqdarda xaricdən və xaricə qanunsuz pul köçürmələri) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

İttihama əsasən, Pərviz İsmayılov xarici ölkə vətəndaşları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə müxtəlif valyutalarda xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq xarici ölkədən Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından xarici ölkəyə köçürülməsi fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirilir.

Milyonlarla dövriyyəsi olan qeyd olunan kölgə iqtisadiyyat şəbəkəsi vasitəsilə dövlət qeydiyyatından kənar Azərbaycana keçirilmiş həmin pul vəsaitlərinin çatdırıldığı şəxslər sırasında dövlət təhlükəsizliyinə qarşı müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslər, habelə müxtəlif radikal ekstremist yönümlü qruplar da olub.

Qeyd edək ki, kölgə iqtisadiyyatının imkanlarından istifadə edən casusların və terrorçu birləşmələrin maliyyələşdirilməsi, korrupsiya cinayətlərindən əldə edilən gəlirlərin xaricə çıxarılaraq leqallaşdırılmasına qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycan Prezidentinin Fərmanı ilə 2022-ci ilin dekabr ayında Cinayət Məcəlləsinə 206-1-ci maddə əlavə edilib, istintaqının İqtisadiyyat Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətində aparılacağı müəyyən edilib.

Analoji fəaliyyətlə məşğul olan şəbəkələrə qarşı ciddi tədbirlər görüləcəyi gözlənilir.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam