Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Putinin başı dərddə -"Vaqner"çilər “aktivləşdiriləcək”

 Rusiyada başlatdığı üsyandan sonra Belarusa gələn "Vaqner" muzdlu dəstəsinin lideri Yevgeni Priqojin yenidən yox olub və "Vaqner"in şifrəli mesajları deşifrə edilib. Muzdlulara verilən əmrlərdən və mesajlarda göstərilən tarixdən sonra Rusiya təşvişə düşüb.

Yenixeber.org: ABŞ-da yerləşən analitik mərkəzi olan Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatına görə, Vladimir Putinin Priqojin ilə müqaviləsi bu ayın əvvəlində iflasa uğrayıb.

Kreml mənbələrinin verdiyi məlumata əsasən, bu, yüzlərlə Vaqner hərbçisinin Rusiyaya kütləvi şəkildə qayıtmasına səbəb olub. Bu muzdluların çoxunun avtobusla Moskvaya yaxın ərazilərə daşınması Rusiya liderinə ikinci zərbənin vurulacağı ilə bağlı narahatlıq yaradır.

ISW bildirir ki, şifrəli mesajlarda ​​muzdlulara bir-biri ilə əlaqə saxlamaq tapşırılıb. Qeyd olunub ki, hər an yeni sifarişlər gələ bilər. Şifrələnmiş mesajda yer alan informasiyaya görə, Rusiyaya qayıdan muzdluların əksəriyyəti bu ayın sonuna kimi “aktivləşdiriləcək”.

“Aktivləşmə” ifadəsinin tam olaraq nəyi nəzərdə tutduğu bəlli olmasa da, bunun ikinci çevriliş cəhdi ola biləcəyi ilə bağlı şərhlər verilib.

British Express qəzeti Rusiya prezidenti Vladimir Putinin panikaya düşdüyünü yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam