Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Delimitasiya üzrə komissiyanın iclasları sərhədin müxtəlif hissələrində keçiriləcək -RƏSMİ AÇIQLAMA

Açiq mənbələrdən foto.

Ermənistan və Azərbaycan sərhədin müxtəlif hissələrində delimitasiya üzrə komissiyaların iclaslarını keçirəcək

Yenixeber.org: Bu haqda Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisindən məlumat yayılıb.

Bundan əvvəl xəbər verilmişdi ki, iyulun 12-də Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin dördüncü görüşündə “bir sıra təşkilati və prosedur məsələləri” müzakirə olunub.

Tərəflər növbəti görüşün təşkili üçün məkan kimi bir-birinə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər. Nəticədə iyulun 12-də Tavuş rayonu və Qazax rayonu ərazisində görüş keçirmək barədə razılığa gəliblər.

"Tərəflərin qarşılıqlı razılığı ilə hər dəfə dövlət sərhədinin müxtəlif hissələrində sərhəddə görüşlərin keçirilməsi qərara alınıb", - deyə Qriqoryanın ofisinin şərhində deyilir.

Komissiyanın əvvəlki iclası noyabrın 3-də Brüsseldə olub.("Sputnik-Ermənistan" ) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam