Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

İranın bu ərazilərini etiraz dalğası bürüyüb-Dirəklərə Azərbaycan bayrağı asılıb  

İranın Tehran, Sistan və Bəlucistan, Xuzistan və bir sıra əyalətlərdə etiraz aksiyaları davam edib.

Yenixeber.org: Bir sıra şəhərlərdə fəallar tərəfindən Azərbaycan bayrağı müxtəlif yerlərdən asılmağa davam edib.

“Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Uşaq öldürən hökumətə ölüm!”, “Qız öldürən hökumətə ölüm!”, Bu il qan ilidir Seyid Əli devrilməlidir! və bu kimi şüarlar səsləndirilib.

Küçələrdə hicabsız qadınlar və kişilər birlikdə rəqs ediblər. Müxtəlif şəhərlərdə divarlara İİR əleyhinə şüarlar yazmaq trendi davam edib.

Tehran əyaləti:

Etiraz edən qızı həbs etməyə çalışan mülki geyimli zabit xalq tərəfindən şiddətlə döyülüb.

Tehran şəhərinin Ziba, Baqeri bölgəsində etirazlar davam edib, hökumət və Xamenei əleyhinə şüarlar səsləndirilib. Çitgər bölgəsində üsyançılardan biri Xameneiyə səslənərək deyib: “Hamımız od altında küllərik, bu küllərin yenidən alovlanmasını gözləyin!”

Xuzistan əyaləti:

Behbahan şəhərində etirazçı gənclər divarlara şüarlar yazıblar: “Qatil Xameneiyə ölüm!” “Qisas gününə heç nə qalmayıb!”

Sistan və Bəlucistan əyaləti:

Üsyançı gənclər şüar yazma kampaniyasına uyğun olaraq kağızlara şüarlar yazıb videosunu dərc edərək virtual məkanda yayımlayıblar.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam