Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Ölüm sayı artır, evlər uçub, elektrik dirəkləri və ağaclar aşıb -ABŞ-da tornado fəlakəti

ABŞ-ın şərq və cənub ştatlarına təsir edən tornadolar indiyədək 22 nəfərin ölümünə və çoxlu sayda insanın yaralanmasına səbəb olub.

Yenixeber.org: Məlumata görə, Milli Hava Xidməti ötən gecə bildirib ki, Arkanzas, Missisipi, Ayova, Tennessi, İllinoys və Viskonsin də daxil olmaqla 8 ştatı əhatə edən geniş ərazidə son 24 saat ərzində 57-dən çox tornado qeydə alınıb.

Tornadolar nəticəsində ən çox ölüm Tennessi ştatında qeydə alınıb. Bu ştatda təbii fəlakətdən 7 nəfər ölüb. Eyni zamanda Arkanzasda, İndianada, İllinoys, Missisipi və Alabamada ştatlarında da həlak olan var.

Arkanzas ştatının qubernatoru Sarah Hukabi Sanders şiddətli fırtına xəbərdarlığı fonunda bölgədə fövqəladə vəziyyət elan edib.

Meteorologiya səlahiyyətliləri tornadonun ən şiddətli EF3 sinfindən olduğu və təxminən 40 kilometrlik bir yolda fırtınanın sürətinin saatda 265 kilometrə çatdığını bildiriblər.

Diqqətə çatdırılıb ki, tornado və şiddətli tufanların təsirli olduğu ərazilərdə evlərə və iş yerlərinə ciddi şəkildə ziyan dəyib, ağaclar və elektrik dirəkləri aşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam