Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Putin anti-Qərb bloku yaradır -ŞƏRH

“Çin-Rusiya hərbi-siyasi blokunun yaradılması şansı sıfıra bərabərdir”
Rusiya Prezidenti Vladimir Putinin martın 31-də təsdiq etdiyi xarici siyasəti konsepsiyası Kremlin Qərbə qarşı yeni blok yaratmaq cəhdlərini dəstəkləməyə yönəlib.

Yenixeber.org: Bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında qeyd olunub.

Bildirilir ki, yeni konsepsiyada Rusiyanın çoxqütblü dünya nizamı yaratmaq, o cümlədən ABŞ-ın hökmranlığına son qoymaq məqsədi güddüyü qeyd olunur. Sənəddə bəşəriyyətin əksəriyyətinin Rusiya ilə konstruktiv münasibətdə maraqlı olduğu və arzulanan çoxqütblü dünyanın Qərbdə olmayan dünya gücləri və regional liderlər üçün imkanlar açacağı iddia edilir.

ABŞ İnstitutu yazır ki, yeni sənəd, çox güman ki, Kremlin bloka daxil olmayan ölkələrə daha vahid anti-Qərb bloku yaratmaq cəhdlərini dəstəkləyəcək.

Lakin Rusiyanın iqtisadi qüdrətinin azalması və Ukraynada hərbi potensialının zəifləməsi səbəbindən Moskvanın təklifinə ciddi maraq göstərilməyəcək.

İnstitut hesab edir ki, Si Cinpinin Moskvaya səfəri zamanı Putinin anti-Qərb bloku yaratmaq təklifi birmənalı qarşılanmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam