Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

ABŞ Rusiyanın Vaşinqtondakı səfirini ölkədən çıxaracaq - SƏBƏB

ABŞ Rusiyanın Vaşinqtondakı səfirini ölkədən çıxaracaq -    KİV
The Wall Street Journal iddia edir ki, ABŞ hökuməti Rusiyanın Vaşinqtondakı səfirini və jurnalistləri Evan Qerşkoviçin casusluqda şübhəli bilinərək saxlanılmasına cavab olaraq ölkədən çıxaracaq.
Yenixeber.org: “Bayden administrasiyası diplomatik və siyasi eskalasiyanı nəzərdən keçirəcək. Rusiyanın ABŞ-dakı səfirinin, eləcə də burada çalışan bütün rusiyalı jurnalistlərin ölkədən çıxarılması gözlənilən minimum olacaq. Birləşmiş Ştatların birinci vəzifəsi öz vətəndaşlarını qorumaqdır və hazırda amerikalıları həbs edə biləcəklərini düşünən çoxlu hökumətlər var", -nəşrin saytında bildirilir.
Bundan əvvəl Dövlət Departamentinin sözçünün müavini Vedant Patel bildirmişdi ki, Birləşmiş Ştatlar hələlik hadisənin şəraitini aydınlaşdırmaq və konsulluğa giriş əldə etməklə yanaşı, Evan Qerşkoviçin həbsi ilə bağlı vəziyyət ətrafında hər hansı addım atmaq niyyətində deyil.
Qeyd edək ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda Amerikanın “The Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçi saxlayıb.
Jurnalistin Yekaterinburqda məxfi məlumatları əldə etməyə çalışarkən saxlanıldığı bildirilir. FTX-nin məlumatına görə, ABŞ-ın göstərişi ilə Qerşkoviç Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında məlumat toplayırmış.
Rusiya FTX-nin İstintaq İdarəsi Qerşkoviçə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət işi açıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam