Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

Rusiya Ermənistana xəbərdarlıq etdi -SƏBƏB

Rusiyadan Ermənistana Putinin həbsi ilə bağlı XƏBƏRDARLIQ

Rusiya hökuməti prezident Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını qəbul edən Ermənistana sərt xəbərdarlıq edib.

Yenixeber.org: Bu barədə TASS və "RİA Novosti" agentlikləri Rusiya Xarici İşlər Nazirliyindəki anonim mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, Moskva Ermənistanın BCM-in Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir. Agentliklər qeyd edir ki, Rusiya Ermənistan tərəfinə atılacaq mümkün addımların ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edib.

Xatırladaq ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Saziş indi Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməlidir.

Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam