Qonşu ölkədə zəlzələ oldu -5,1 bal gücündə
İraqın Hələb şəhərində 5,1 bal gücündə zəlzələ olub.
Yenixeber.org: Bu haqda ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli saatla 21.32-də Hələbdən 6 kilometr şimal-şərqdə qeydə alınıb.
Yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.
Yerli mətbuatda zəlzələnin ətraf şəhərlərdə də hiss edildiyi bildirilib.