Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Ali Məhkəmə hakiminin diplomu saxtadır! -FOTOFAKT


 Dekabrın 23-də Milli Məclisin Plenar İclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər edilməsi barədə aparılan müzakirələrdə deputat Etibar Əliyev Ali Məhkəmənin hakimi Abiddin Hüseynovun diplomunun saxta olması barədə fikir səsləndirməsi böyük ajiotaja səbəb olub. 

Yenixeber.org: Bu barədə redaksiyamıza olduqca maraqlı məlumat daxil olub. Məlumatda deyilir: "Etibar Əliyevin Abiddin Hüseynovun diplomunun saxta olması barədə səsləndirdiyi fikirlər doğrudur. Hakim Abiddin Hüseynov bioqrafiyasında təqdim etdiyi ali məktəbin adını səhv yazmaqla hakimiyyətin yüksək orqanlarını aldatmağa nail olub. Belə ki, Ali Məhkəmənin saytında onun Rusiya Hüquq Akademiyasını bitirdiyi göstərilir. Əslində o, mövcud olmayan bu akademiyanı deyil, Dağıstanda lisenziyasız fəaliyyəıət göstərən “Yujdağ” instititunda təhsil alıb (Diplomun surəti əlavə olunur)".

Məlumatlı şəxs deyib ki, A.Hüseynov qanunsuz fəlaiyyət göstərən bu institutda cəmi 2 il təhsil alıb: "Diplomda göründüyü kimi, guya əyani formada təhsil alıb. Bu dönəmdə o,  2000-2003-cü illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquq şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb. Demək əyani təhsil qeyri-mümkündür. Adam bioqrafiyasında bitirdiyi ali məktəbin adını bilərəkdən səhv yazıb, 2 il “təhsil aldığı” qanunsuz ali məktəbin diplomu ilə 7 il Apellyasiya məhkəməsində, 2020-ci ildən indiyə kimi isə Ali Məhkəmənin hakimi vəzifəsində çalışır. Analoqu olmayan hadisə baş verib. İki illik saxta diplomla məhkəmə sisteminin ən yüksək instansiyalarında hakim işləmək olarmış".

Məlumatlı şəxs hesab edir ki, Məhkəmə Hüquq Şurası bu məsələni ciddi araşdırıb Abiddin Hüseynovun məkəmə orqanlarından xaric olunması barədə qərar qəbul etməlidir. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam