Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Tarif limitlərinin yenilənməsi bu tarixədək bitəcək

Tarif limitlərinin yenilənməsi bu tarixədək bitəcək   
Mexaniki sayğaclarda tarif limitlərinin yenilənməsi gələn ilin 6 yanvar tarixinədək başa çatdırılacaq.
Yenixeber.org:  Bunu İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, ölkə ərazisində istifadə olunan smart-qart tipli qaz sayğacların tarif limitinin yenilənməsi avtomatik olaraq 2023-cü ilin yanvarın 1-ə keçən gecəbaş tutacaq. Hazırda Azərbaycanda smart-qart tipli qaz sayğaclarında istifadə edən abonentlərin sayı 1 mln. yaxıdır.
“Qalan 1,4 mln. yaxın abonentimizin, mexaniki, sonradan ödənişli sayğaclardan istifadə edən abonentlərinin limitlərinin yenilənməsi prosesi bir neçə gün vaxt alacaq”, - Eldəniz Vəliyev qeyd edib.
Xatırladaq ki, ötən il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam