“ABŞ-da hərbi nümayəndə heyətləri arasında danışıqlar davam edir. Yaxşı nəticələr var. “F-16”larla bağlı üçü Türkiyədə, biri ABŞ-da olmaqla dörd görüş keçirilib. Bizim ağlımızda başqa şeylər də var”.
Yenixeber.org: Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
Akar əlavə edib ki, Türkiyə hər hansı təhlükə yarandıqda “S-400” hava hücumundan müdafiə sistemlərindən istifadə edə bilər:
“S-400 raketdən müdafiə sistemi yerindədir və istifadəyə hazırdır. Əgər təhlükə varsa, ondan istifadə edərik. Terrorla mübarizəmiz son terrorçu bitənə qədər davam edəcək”.