Redaktor seçimi
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Günün xəbəri

Rusiyaya qarşı yeni sanksiyalar ola bilər

Rusiyaya qarşı yeni sanksiyalar təklif edildi
        “Peyk yayımı Rusiyaya qarşı növbəti sanksiyalar paketinə daxil edilməlidir”.
Yenixeber.org: Bu fikir Avropa Parlamentinin 39 deputatdan ibarət qrupu tərəfindən irəli sürülüb. Bu ilin martında Avropa İttifaqı öz ərazisində Rusiyanın RT kanalının yayımını və “Sputnik” agentliyinin fəaliyyətini qadağan edib. Eyni zamanda müraciət müəllifləri qeyd ediblər ki, Fransanın “Eutelsat” peyk operatoru və Lüksemburq SES onlara Avropa İttifaqı, Rusiya, Afrika və Ukraynada yayım xidmətləri göstərməkdə davam edib.
“Təəssüf ki, mövcud qanunvericilik bazası və Şuranın qərarları Aİ-də yayımlanan bütün Rusiya kanallarına qadağa qoyulması üçün kifayət qədər hüquqi əsas vermir”, - deyə müraciətin mətnində bildirilib.
Məktubun müəllifləri təklif ediblər ki, növbəti sanksiyalar paketinə Ukraynadakı müharibə ilə bağlı dezinformasiya yayan Rusiya telekanallarının və radiostansiyalarının yayımına tam qadağa qoyulması daxil edilməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam