Redaktor seçimi
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
Günün xəbəri

Rus əskəri Avropadan sığınacaq istəyir -“Ukraynada döyüşəcəyimizi ağlımıza belə gətirmirdik”

Rusiya əsgəri Nikita Çibrin ordudan qaçaraq Madriddən sığınacaq istəyib. Hərbçi deyir ki, 64-cü motoatıcı briqadada xidmət edib.

Yenixeber.org: Nəşr qeyd edir ki, bu bölmə Buçada hərbi cinayətlər törətməkdə ittiham olunur.

"Nikita Çibrin rus ordusunun döyüşçüsü olub. O, bu ilin mart ayında Buçada hərbi cinayətlər törətməkdə ittiham olunan 64-cü Əlahiddə Mühafizəçi Motoatıcı Briqadasında xidmət edib. 27 yaşlı əsgər ordudan qaçaraq İspaniyadan siyasi sığınacaq istəyir", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, Çibrinin dediyinə görə, döyüşmək istəməyib və orduda olduğu 4 ay ərzində bir dəfə də olsun güllə atmayıb: “Məni həbslə hədələdilər. Sonda komandirlər məni hərbi hissənin təmizləyicisi və yükləyici kimi istifadə etmək qərarına gəldilər. Məni döyüş meydanından apardılar”, – deyə qaçaq hərbçi bildirib.

Hərbçi deyir ki, bölməsi ilə fevralın 24-də Belarusla sərhəddən keçərək Ukraynaya gəlib: “Ukraynada döyüşəcəyimizi ağlımıza belə gətirmirdik”, - deyə o qeyd edib.

Çibrin döyüşlərə qatılmadığı üçün dinc sakinlərin atəşə tutulmasının şahidi olmadığını deyir, lakin onun bölməsinin mütəmadi olaraq ukraynalıların evlərini qarət etdiyini deyir: “Onlar hər şeyi qarət etdilər. Paltaryuyan maşın, soyuducu, elektronika, hər şey”, - deyib.

Onun bölməsində hərbçilərin cinsi zorakılıq və dinc əhalinin öldürülməsi ilə bağlı “şayiələr gəzirdi”. O, rus əsgərlərinin mənəvi-psixoloji vəziyyətini “son dərəcə aşağı” olduğunu bildirib.

İspaniya Daxili İşlər Nazirliyinin sözçüsü məsələ ilə bağlı şərh verməkdən imtina edib.("Guardian")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam