NADİR TARİXİ ABİDƏLƏR, TARİXİ ŞƏXSİYYƏTLƏR-FOTOLAR
(Məhsuldar bəstəkar, vətənpərvər insan – Oktay Hacıyev)
Yenixeber.org: Tələbəlik illərimdən Çingiz Məmmədov ilə yoldaşlıq, dostluq etmişəm. Yekunda Çingiz ilə qardaş kimi dogma olmuşduq. Təəssüflər olsun ki, Çingiz müəllim 28.03.2018 tarixdə rəhmətə getdi. Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində onun dəfnində iştirak etməyimə baxmayaraq, onun ailəsini, balalrını, ocağını ağırlamaq məqsədi ilə eloğlularım: Məhərrəm Şəmkirli və pərəstişkarı olduğum bəstəkar və gözəl muğam ustası Oqtay Hacıyevlə Çingizin son adınasında onlara getdik. Qayıdanda maşınımdakı maqnitafonda N.Məmmədovun “İrmaşlım” mahnısını eşidən Oqtay müəllim musiqisindən ruhlanaraq elə oradaca öz ruhuna uyğun olaraq həmin sözlərə yeni musiqisini zümzümə etdi və məndən xahiş etdi ki, şerin mətnini təcili ona göndərim. Evə qayıdan kimi “İrmaşlım” şerimin mətnini ona vatsapla göndərdim. Yarım saat keçməmiş zəng etdi ki, telefonunun yazılışa qoy və sonra qulaq as. Beləliklə pərəstişkarı olduğum sevimli bəstəkar 25.01.2005 tarixdə yazılmş“İrmaşlım” şerimə ikinci musiqini bəstələdi:
İRMAŞLIM
Qədim Türkün tayfası,
İrmaşlımdır, İrmaşlım.
Tarixin səlnaməsi
İrmaşlımdır, İrmaşlım.
Nə Kərbəla, nə Məşhədəm,
Çətin ora səfər edəm:
Çünki Məkkəm, həm Mədinəm,
İrmaşlımdır, İrmaşlım!
Əsrlərlə səsləşən,
Zəmanəylə bəhsləşən,
Tarixdə tarixləşən,
İrmaşlımdır, İrmaşlım.
Nə Kərbəla, nə Məşhədəm,
Çətin ora səfər edəm:
Çünki Məkkəm, həm Mədinəm,
İrmaşlımdır, İrmaşlım!
Sabir! Dağlı, aranlı,
Gəncləri xoş soraqlı,
Sonsuz sayda bulaqlı,
İrmaşlımdır, İrmaşlım.
Nə Kərbəla, nə Məşhədəm,
Çətin ora səfər edəm:
Çünki Məkkəm, həm Mədinəm,
İrmaşlımdır, İrmaşlım!
Pərəstişkarı olduğum bəstəkar və gözəl muğam ustası Oqtay Hacıyevi əyani şəkildə ilk dəfə beləcə olaraq daha yaxından tanıdım.
Bundan sonra ərkim çatan bir ziyalı qardaş kimi ona 20 ilə yaxın müddətdə kişi libasında olmaqla qaçaq Süleyman adı ilə qaçaqlıq etmiş Gülsüm Əmirqulu qızı barədə məlumat vrdim. 2013-cü ildə Ağstafa rayonunda tədqiqatda olarkən T.Qəhrəmanlı mənə S.S.Pirsultanlının “Qaçaq Gülsüm” tarixi romanını verməsindən danışdım.Həmçinin qudam Zülfüqarın onun qəbrini tapmasından və baş daşında Gülsümün şəklinin olmamasından, nəvəsi Fidailə qonaqlıq verərək üç günə şəklin baş daşına qoyulmasını xahiş etməyimdən, şəkil qiyulduqdan sonra yenə qonaqlıq verməyimdən ətraflı məlumat verdim.
Qaçaq Gülsümün 52 il şəkilsiz qalan, 2013-cü ildə S.Tağıyev tərəfindən üç günün içərisində şəkil vurdurulmuş baş daşı və haqqında yazılmış “Qaçaq Gülsüm” tarixi romanı.
- Yekun nəticədə bəstəkar Oqtay Hacıyevə Ümummilli Liderimiz Heydər Əliyevin: «Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi
qiymətləndirmək lazımdır». - «Biz tariximizi həmişə obyektiv təhlil etməliyik və bugünkü nəslə,
gələcək nəsillərə düzgün çatdırmalıyıq». - «Respublikamızı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərəmalik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi
tanıtmalıyıq»kimi tövsiyyələrindən, S.Pirsultanlının “Qaçaq Gülsüm” tarixi romanınından ruhlanan “Şəmkir Xeyriyyəçilər Birliyi”nin üzvlərinin onun qəbrinin önündə və üstündə misli görünməmiş abadlıq işləri aparmasından danışdım. Həmçinin bildirdim ki, mənim təşkilatçılığım ilə T.Qəhrəmanlı “Gülsüm” şerini yazıb. Sevimli bəstəkar sözümü qurtarmamış gülə-gülə dedi: - Oqtay da musiqisini bəstələməlidir!
Inanın bir saat keçməmiş yenə zəng edərək dedi: - Telefonunun yazılışa qoy və sonra qulaq as. Qulaq asdım və ağladım: qulaqlarımla eşitdiyim həzin musiqi sədaları məni həm heyran, həm valeh, həm də məftun eləmişdi. T.Qəhrəmanlının “Gülsüm” şerinə gözəl bir musiqi bəstələnmişdi. Odur ki,səhər tezdən Ceyranbatan incəsənət-musiqi məktəbinin müdiri Nəcibə Zeynalovanın yanında olub məlumat verdim. Onun diqqəti, qayğısı sayəsində həmin mahnı məktəbin müəllim kollektivi tərəfindən ərsəyə gəldi. “Gülsüm” mahnısı ilk dəfə Mədəniyyət İncəsənət İnstitutunun səsyazma studiyasında studiyanın rəhbəri Faiq Babayev tərəfindən lentə alındı. Beləliklə, 1-7 mart 2019-cu il tarixdə sözləri Ağstafalı şair Telman Qəhrəmanlının, musiqisiŞəmkirli bəstəkar Oktay Hacıyevin olan “Gülsüm” mahnısı Ceyranbatan incəsənət-musiqi məktəbinin müəllim kollektivinin üzvləri olan kamançada Məlik Hacıyevin, tarda Həmid Babayevin, qarmonda Elsevər Qafarovun, nağarada Mahir Bayramovun, pianinoda Oktay Məmmədovun müşayiəti ilə Qubadlılı müğənni Natəvan Hüseynovanın ifasında Mədəniyyət İncəsənət İnstitutunun səsyazma studiyasında lentə alındı:
Tarixdən gəlir sorağı,
Məzluma sirdaşdı Gülsüm.
Zalımlara yağı, qənim,
Xalqına qardaşdı Gülsüm.
Təkləndi on üç yaşında,
Ad aldı, ər savaşında,
Süleymanın libasında
Kərəmə yoldaşdı Gülsüm.
Nə Teymur tək hökmüdardı,
Ancaq şah tək hökmü vardı.
Nə Həcərdi, nə Nigardı,
Kərəmə sirdaşdı Gülsüm.
Təkləndi on üç yaşında,
Ad aldı ər savaşında,
Süleymanın libasında
Kərəmə yoldaşdı Gülsüm.
Qeyrəti, ruhu, dayağı,
Ərənlik eşqi, mayağı.
Döyüşdə aslan sayağı,
Məclislərdə başdı Gülsm.
Təkləndi on üç yaşında,
Ad aldı ər savaşında,
Süleymanın libasında
Kərəmə yoldaşdı Gülsüm.
Bəstəkar, müğənni və müsiqi kollektivi “Gülsüm” mahnısını məşq edərkən.
“Şəmkir Xeyriyyəçilər Birliyi”nin üzvləri onun qəbrinin önündə və üstündə misli görünməmiş abadlıq işləri aparmşdı. Bunun barəsində Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədova və Şəmkir rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının sədri Qafar Vəliyevə danışdım. Bilal və Qafar müəllimlər ilə birlikdə əraziyə baxış keçirdik. Hər üçümüzün ürəyi dağa döndü.
B.Məmmədov, S.Tağıyev və Q.Vəliyev “Şəmkir Xeyriyyəçilər Birliyi”nin Qaçaq Gülsümün qəbrinin önündə apardıqları misli görünməmiş abadlıq işlərinə baxarkən
“Şəmkir Xeyriyyəçilər Birliyi”nin Qaçaq Gülsümün qəbrinin önündə apardıqları misli görünməmiş abadlıq işləri
Bundan ruhlanan ağsaqqallar hər iki təşkilatın adından İctimai televiziya və radio yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov cənablarına 04.03.2018 tarixdə məktub göndərdilər.Məktubda göstərirdilər ki, Qaçaq Gülsümün qəbrinin önündəki abidənin açılışı və kitabın təqdimatı 10 mart 2019-cu il tarixdə keçiriləcəkdir. Xahiş edirdilər ki, iş adamları və gənclər arasında Ümummilli Liderimiz Heydər Əliyevin tövsiyyələrinə, Müstəqil Azərbaycan Respublikamızın zəngin tarixi irsinə, müasir inkişaf və tərəqqisinə qarşı vətənpərvərlik hissəlrini təbliğ etmək və gücləndirmək məqsədi ilə abidənin açılışına və «Qaçaq Gülsüm» tarixi romanının təqdimatına həsr olunmuş həmin tədbirin televiziya proqramınızda işaqlandırılması üçün öz köməyini əsirgəməsin.
Lakin nə səbəbdənsə rayon rəhbərliyi onun açılışına razılıq vermək istəmirdi. Onlara təqdim etdiyim diskdə musiqidən qabaqkı təqdimatıma və mahnıya qulaq asdıqdan sonra insafa gələrək açılışa televiziya çəkilişi olmadan razılıq verdilər. Buna baxmayaraq 14.03.2018 tarixdə açılışa rayonumuzun xeyli ağsaqqal sakinləri və Gəncə şəhərindən, Ağstafa rayonundan xeyli qonaqlar gəlmişdi.
Qaçaq Gülsümün qəbirüstü abidəsinin açılışına gələn qonaqlar və
rayon ağsaqqallarından bir qrupu
“Şəmkir Xeyriyyəçilər Birliyi”nin üzvlərinin Sərxan kənd qəbiristanlığında Qaçaq Gülsümün qəbrinin önündə və üstündə apardıqları misli görünməmiş abadlıq işlərinin 14 mart 2019-cu il tarixdə açılışına həsr olunmuş tədbiri Şəmkir rayon Ağsaqqallar Şurasının səbri Bilal Məmmədov açdı və apardı. Sərxan kənd qəbiristanlığında uyuyan kənd sakinlərinin, Qaçaq Gülsümün və “Qaçaq Gülsüm” tarixi romanının müəllifi Səyyaf Pirsultanlının əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi, sonra molla fatihə verdi. “Şəmkir Xeyriyyəçilər Birliyi”ninüzvlərindən olan Tural Zeynalov apardıqları və görəcəkləri işlər barədə ətraflı məlumat verdi. “Qaçaq Gülsüm” tarixi romanını kitabın müəllifinin qardaşı Sarvan Pirsultanlı təqdim etdi. Taixi romanının redaktoru və “GÜLSÜM” mahnısının sözlərinin müəllifi şair-publisist Telman Qəhrəmanlı ürək dolusu ilə ətraflı çıxış etdi. “Gülsüm” mahnısının sözlərini Qaçaq Gülsümün kötücəsi Əliyev Səbuhi Zaur oğlu söylədi. Şair-publisist Ramiz Təmkin öz çıxışı ilə hamını kövrəltdi. Tədbirdə mən də çıxış etdim. Sonra el ağsaqqallarından Q.Vəliyev, İslam Heydərov və başqaları öz ürək sözlərini söylədilər. Yekunda Qaçaq Gülsümün nəvəsi İdris Nəsib oğlu Əliyev qonaqlara, təşkilatçılara və “Şəmkir Xeyriyyəçilər Birliyi”nin üzvlərinin hər birinə minnətdarlıq etdi. Tədbiri Bilal müəllim yekunlaşdırdı. “Şəmkir Xeyriyyəçilər Birliyi”nin maliyə dəstəyi ilə surəti artırılmış “Gülsüm” mahnısının diskləri və “Qaçaq Gülsüm” tarixi romanı qonaqlara paylandı.
Tədbirin gedişində səslənən “Gülsüm” mahnısının aurası məni vadar etdi ki, bəstəkar Oqtay Hacıyevin tərcümeyi-halı, mahnıları və onun yaradıcılığının qiymətləndirilməsi ilə daha yaxından tanış olum.
Həvəskar bəstəkar Oqtay Hacıyev və xanəndə, Azərbaycan SSR xalq artisti Xan Şuşinski
Məlum oldu ki, Hacıyev Oqtay Abuzər oğlu 1951-ci il iyul ayının 15-də Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində müəllim ailəsində anadan olub. 1958-ci ildə Zəyəm-Cırdaxan kənd orta məktəbinin 1-ci sinifinə qəbul ediib. 7-ci sinifdə oxuduğu vaxtlardan sərbəst tar çalmağı öyrənməyə başlamışdır. 8-ci sinifdə oxuyarkən məktəbin özfəaliyyət kollektivində iştirak etməyə bağlamışdır. 1968-ci ildə onu tar çalıb oxuyan kimi Bakıya festivala göndəriblər. Həmin festivalda Əlibaba Məmmədovun “Bayatı qacar” təsnifini oxuyub. 1968-ci ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhərinə gəlib.Sumqayıt şəhərində 27 №-li tikinti idarəsində fəhlə kimi işə başlayıb. Sumqayıt şəhərindəki S.Vurğun adına Kimyaçıların mədəniyyət evində Ramiz Qarayevin ansambılına məşqlərə gedib, tez- tez zəhmətkeşlər qarşısındakı konsertlərdə muğam ifaçısı kimi sevilib. Elə ilk günlərdən də ilk mahnısını bəstələyib. Bu Ə.Vahidin“Bu ceyran” sözlərinə 1969-cu ildə yazdığı mahnı idi.
1970-ci ildə hərbi xidmətə çağırılıb. Atası Abuzər müəllim,xalası oğlu Fərrux müəlliminOqtaya bağışladığı tarı onun xidmət etdiyi hərbi hissəyə göndərib. Oqtay hərbi xidmətdə olduğu müddət də həmişə əsgərlər qarşısında, məktəblərdə və uşaq baxçalarında çıxışlarıolub. 1972-ci ildə hərbi xidməti başa vurub əvvəlki iş yerinə qayıdıb.
1973-cü ildə imtahan verərək A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin muğam şöbəsinə qəbul olunub. Onun gözəl ifaçılıq xüsusiyyətini nəzərə alaraq onu Respublikanın xalq artisti Xan Şuşinskinin sinifinə yazıblar. Dörd il Xan əminin sinifində oxuyub. 1977-ci ildə 1-ci dəfə musiqi məktəbləri arasında müsabiqədə iştirak edib. 1977-ci ildə dövlət imtahanı verərkən “Rast” dəstkahını oxuyub və dövlət imtahanından “5”, yəni əla qiymət alıb. Musiqi məktəbini qurtarandan sonra Oqtay Hacıyevi, xalq artisti Nəriman Əzimovun tövsiyyəsi ilə AzTv-nin xor kollektivinə xalq mahnılarının ifaçısı kimi işə götürürlər. Oqtay Hacıyev o vaxtdan bu günə kimi AzTv-nin xor kollektivində çalışır. Xor kollektivi ilə 50-dən çox xalq və bəstəkar mahnılarını lentə alıblar.
Xalq artisti, professor Ramiz Mustafayev onun bəstələdiyi “Neçün bəs" (sözləri mərhum Famil İsmayılovundur), “Göndər xəyalını"(sözləri Məhsəti Gəncəvinindir) və “Səndən ayrı düşəndən”(sözləri Rasim Kərimlinindir) olan mahnıları xorla lentə alınıb.
1979-cu ildə Xalq artisti Arif Babayev onun iki mahnısını:Famil İsmayılovun “Neçün bəs” şerinə və Əlibala Hacızadənin “Dağların ürəyimdə” sözlərinə yazdığı “Zabul təsnifi”ni efirdə ifa edib.
1980-ciildə Respublikanın Əməkdar artisti Mais Salmanov onun iki mahnısını: Aşıq Şəmşirin “Qışda sənin, yazda mənim” şerinə və R.Kərimlinin “Şəmkirim" şerinə yazdıqları mahnılarını televiziyada ifa edib.
1982-ci ildə Rafiq Ələkbərovun köməyi iləradionun musiqi fondu üçün “Şur” dəstgahı Oqtay Hacıyevin ifasında trio ilə lentə alınaraq fondda saxlanılır.
Bir sözlə həvəskar bəstəkar olan O.Hacıyev indiyə qədər150-dənçox mahnı bəstələyib. Həmin mahnılardan bir çoxu baxımsızlıq ucbatından it-bata düşüb və yaoxuması üçün kiməsə verilib yaddan çıxıb. Ancaq bunlara baxmayaraq Youtube kanallarında bir xeyli mahnıları hələ də hamının sevimli mahnıları kimi yaşayır.
1974-cü ildə A.Zeynallı adına Musiqi məktəbində oxuyarkən Əlyar Yusiflinin sözlərinə yazdığı“Qaytar məhəbbəti" mahnısını Əlibaba Məmmədova göstərib. Görkəmli müğənni onu çox bəyənib və oxumaq istədiyini bildirib.
Onun mahnılarım haqqında çox yüksək fikirdə olan insanlar var.
AzTv-nin Mədəniyyət kanalının direktoru Pamil Qasımovun köməkliyi ilə AzTv-nin efirindəonunAbdulla Qurbaninin sözlərinə yazdığı “Yeni Azərbaycanım”, Amil Aveyin sözlərinə yazdığı “Azərbaycan bayrağı”,Hüseyn Kürdoğlunun sözlərinə yazdığı “Novruz bayramı” mahnıları səsləndirilib.
Bəstəkarın Vətənpərvərlik mahnılarından hələ efirə getməyənləri dəvardır. Qəşəm İlqarın Mehriban Əliyeva haqqında yazdığı şerə 25.12.2016-cı il tarixdə yazdığı “Dan ulduzu”, “Xan əmi”, “Bu doğruya inanmıram”, “Könlüm keçir Qarabağdan”;Zakir Bəxtiyarın sözlərinə yazdığı “Azərbaycan”; Rasim Kərimlininsözlərinə yazdığı “Azərbaycan”; Mehdi Əliyevinsözlərinə yazdığı “Qarabağdadır”; Zülfüqar Əliyevin sözlərinə yazdığı “Naməlum əsgər”;mərhum Sofa xanımınsözlərinə yazdığı “Azərbaycan bayrağı";Afət Viləşsoyun sözlərinə yazdığı “Ali baş komandanımız”;Dəmir Gədəbəylinin sözlərinə 22.07.2016 tarixdə yazdığı “Türkəm, gərək danışam” mahnıları və Hacı Mailin “Vətəndir” qəzəlinə yazdığı romansı bu qəbildəndir.
Sevindirici haldır ki, bəstəkar O.Hacıyev 8 mart 2016-cı il tarixdə Leyla Əliyevanın “Günəşə qovuşmaq istəyirəm mən" şerinə də musiqi bəstələmişdir.
Bütün bunlara baxmayaraq bəstəkar qeyd etdi ki, imkansızlıqdan üzə çıxa bilmir. Belə səpkili problemləri çox olduğundan həvəsdən düşür. Şəraiti və imkanı yaxşı olsa yaşamağa, yazıb yaratmağa tükənməz həvəsi enerjisi olduğunu buldirdi.
Belə bir vətənpərvər, məsuliyyətli, diqqətcil, qayğıkeş, yekun nəticədə alicənab bir insan olan bəstəkarın yaradıcı əməyinin indiyə qədər dövlət tərəfindən heç bir fəxri adla təltif olunmaması bir ziyal ağsaqqal akademik kimi məni də sarsıtdı.
Oqtay Hacıyevin yuxarıda sadaladığım nailiyyətlərini nəzərə alaraq onun əməyinin və istedadının qiymətləndirilməsi, ona incəsənət sahəsində fəxri adlardan birinin verilməsi üçün köməklik göstərməyi, bu barədə lazımi ünvanlara müraciət etməyi özümün vətəndaşlıq borcum bildim. Çünki o, şəxsən mənim üçün nadir tarixi abidələr olan, nadir musiqi əsərləri yaradan nadir tarixi şəxsiyyətlərdən biridir.
Əminəm ki, islahatlar dövrünü yaşayadığımız dogma Müstəqil Azərbaycan Respublikamızda bu müraciətimiz Mədəniyyət Nazirliyinin və "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərlikləri tərəfindən nəzərə alınaraq Oqtay Hacıyevin əməyinin və istedadının qiymətləndirilməsi, ona incəsənət sahəsində fəxri adlardan birinin verilməsi üçün öz köməkliklərini əsirgəməyəcəklər. Çünki, O.Hacıyev Ümummilli Liderimiz Heydər Əliyevin tövsiyyələrinə əməl edərək tariximizi olduğu kimi qəbul edən, olduğu kimi dərk edən və olduğu kimi qiymətləndirməyə çalışaraq, tariximizi həmişə obyektiv təhlil edərək onu bugünkü nəslə, gələcək nəsillərə düzgün çatdırmağa cəhd edən, bununla da Respublikamızı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmaq uğrunda bütün yaradıcılığını fəda edən bəstəkar vətəndaşlarımızdandır.
Dərin hörmət və ehtiramla,
akademik Sabir Tağıyev
Türk Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru,
Avropa Təbiət Elmləri Akademiyasının akademiki,
“Xalqın nüfuzlu ziyalısı” mükafatının laureatı,
(Tel.: +99450 510 00 57,
Email: sabir.alihuseynli@gmail.com )
17.01.2020