ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışmaq niyyətindədir.

Yenixeber.org: Bu barədə Amerikanın xarici siyasət idarəsinin rəhbərinin bəyanatında yer alıb.

“Gözləyirəm ki, yaxın günlərdə Ukraynada müharibə başlayandan ilk dəfə Rusiya XİN rəhbəri ilə danışacam. Bizi ən çox maraqlandıran məsələlərə – amerikalılar Pol Uilan və Britni Qrinerin azadlığa buraxılmasına toxunmaq istərdim. Söhbət zamanı Ukraynadan taxıl tədarükü ilə bağlı sövdələşməni müzakirə etmək niyyətindəyəm. Bunlar Ukrayna ilə bağlı danışıqlar olmayacaq ”, -bəyanatda deyilir.