Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Novxanı çimərliyi sahilindəki Sarıqaya yaşayış massivində məskunlaşan məcburi köçkünləri ikinci dəfə didərgin salmağa çalışır. 

Bu iddia Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Taleh Bəşirovla bağlı Yenixeber.org-a daxil olmuş yazıda yer alır. Biz bu və digər iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu...

Aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc edirik:

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Novxanı çimərliyi sahilindəki Sarıqaya yaşayış massivində məskunlaşan məcburi köçkünləri ikinci dəfə didərgin salmağa çalışır. Bir müddət bundan öncə “Sarıqaya” massivindəki Şəfəq düşərgəsini, eləcə də Metallurq düşərgəsinin bir hissəsini iş adamlarına satan, bundan milyonlarla manat məbləğində gəlir qazanan Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Taleh Bəşirov, bu kəs iki düşərgəni – “Metallurq” düşərgəsinin tamamını və “Günəş” düşərgəsini hərraca çıxarıb.  

Taleh Bəşirov maddi marağını Prezidentin iradəsindən üstün tutur: Bu da fakt!

Məlumat üçün qeyd edək ki, bir müddət bundan öncə Metallurq düşərgəsinin bir hissəsinin qanunsuz olaraq satılması ilə bağlı ölkə mediasında çoxsaylı məqalələr dərc olunsa da, məlum qanunsuzluqla əlaqədar qurumların heç biri müdaxilə etməyib. Elə bundan cəsarət alan Əmlak Məsələləri Dövlət Xidməti, bu qurumun əsas “pul gətirən şəxsi” Taleh Bəşirov içərisində yüzlərlə ailənin məskunlaşdığı iki düşərgəni satmağa qərar verib. İşin tragikomik tərəfi isə budur ki, Taleh Bəşirov orta əsrlər dönəmində olduğu kimi bu düşərgələri insanlarla birlikdə - “optavoy” satır. Yəni Laçın rayonundan olan köçkünlərin öz doğma yurd yerlərinə köçməsini gözləmədən hər iki düşərgəni “əldən çıxarmağa” tələsir. Halbuki, Prezident İlham Əliyev erməni işğalı səbəbilə respublikanın müxtəlif bölgələrində, müxtəlif sığınacaqlara məskunlaşan qaçqınların yalnız öz doğma yurdlarına köçə biləcəyini, bu köçün isə könüllü şəkildə olduğunu bildirib. indi belə görünür ki, Taleh Bəşirov öz maddi marağını Prezident  İlham Əliyevin marağından daha üstün hesab edir.

                  Şöbə müdirinin qaçqın düşərgəsinə göndərdiyi “kəşfiyyatçı”

Məlumat üçün qeyd edək ki, bir müddət bundan öncə Taleh Bəşirov Əmlak Məsələləri Dövlət Xidmətinin aşağı ranqlı bir məmurunu qaçqın düşərgəsinə göndərərək onun vasitəsi ilə əhalinin təkrar siyahıyaalmasını həyata keçirib. Məqsəd köçürüləcək ailələrin sayını dəqiqləşdirməkdir.

Bu hal məcburi köçkünlər arasında ciddi təlaşa səbəb olub. Vətəndaşlar hesab edir ki, əgər Prezident Administrasiyası səviyyəsində proseslərə müdaxilə edilməzsə, o zaman həm onlar, həm də evləri məcburi köçkün düşərgələri məmur tamahının qurbanına çevriləcək.

Mövzu ilə bağlı yaxın günlərdə daha əhatəli və geniş məqaləni oxucuların diqqətinə çatdıracağıq.

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam