Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Milli Kitabxanada “Xalq rəssamı Əzim Əzimzadə - 145” adlı kitab sərgisi açılıb -FOTO

 
Milli Kitabxanada Azərbaycanın ilk Xalq rəssamı,  karikatura sənətinin banisi, qrafika və rəngkarlıq sənətinin görkəmli nümayəndəsi Əzim Əzimzadənin anadan olmasının 145 illiyi münasibətilə “Xalq rəssamı Əzim Əzimzadə - 145” adlı kitab sərgisi açılıb.
Yenixeber.org: Sərgidə görkəmli rəssamın karikaturaları, həyat və yaradıcılığı haqqında Azərbaycan, rus və xarici dillərdə olan ədəbiyyatlar, eləcə də dövri mətbuat məqalələri nümayiş olunur.
Xatırladaq ki,  Əzim Aslan oğlu Əzimzadə 1880-ci il mayın 7-də Novxanı kəndində anadan olub. Rəssam ilk təhsilini Novxanıdakı molla məktəbində alıb, ailəsinin etirazlarına baxmayaraq, rus-tatar məktəbində təhsilini davam etdirib.
Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz-Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib və məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc etdirib.  "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti" və s. jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının, Mirzə Ələkbər Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla isə kitab qrafikası sənətinin əsasını qoyub.
1914-cü ildən 1922-ci ilə qədər Əzim Əzimzadə Sabirin şeirlərinə 55 illüstrasiya çəkib. Bir faktı da demək kifayətdir ki, unudulmaz rəssamımızın "Molla Nəsrəddin" jurnalında 1922-ci ildən 1931-ci ilə qədər 1200-dən çox karikaturası çap edilib. O, teatrlara geyim eskizləri və dekorasiyalar çəkib.
Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. 1967-ci ildə rəssamın həyat və yaradıcılığına həsr olunmuş “Əzim Əzimzadə” adlı film çəkilib. İncəsənət Kolleci və Bakı küçələrindən birinə onun adı verilib. Yaşadığı evdə rəssamın Ev-Muzeyi açılıb, evin yaxınlılığındakı bağda büstü qoyulub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam