Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabah Salyan, Neftçala və Hacıqabulda qaz təchizatı dayandırılacaq

 

Sabah Salyan, Neftçala və Hacıqabul rayonlarında qaz təchizatı dayandırılacaq.

Yenixeber.org: Bu barədəAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Əhali (Şorsulu)” ölçü qovşağından qidalanan diametri 315 mm-lik PE “Şorsulu QPS-Şorsulu kənd” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı məqsədilə mayın 14-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Salyan rayonunun 11 kəndində - Marışlı, Şorsulu, Seyidlər, Boranıkənd, Qızılağac, Sarvan, Dayıkənd, Alçalı, Bəydili, Seyidsadıqlı, Quyçu kəndlərində (ümumi 4 100 abonent), həmçinin, Neftçala rayonunun 11 kəndində - Qaçaq, Xolqaraqaşlı, Qırmızı, Dördlər, Xolqarabucaq, Ramazanlı, Xanməmmədli, Qazaxbərəsi, Mürsəqulu, Xoltəzəkənd, Xəzərkənd (ümumilikdə 2 610 abonent) kəndlərində "Şorsulu" QPS-dən qidalanan "Əhali (Şorsulu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin, Hacıqabul rayonu Pirsaat qəsəbəsini təbii qazla təmin edən dş 160 mm-lik və dş 160 mm-lik PE orta təzyiqli yeraltı qaz xəttində kipliyin sınağı məqsədilə əlaqədar sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Pirsaat qəsəbəsində (232 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam