Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-FOTOLAR

post-img

Sumqayıtdan tutmuş Badamdara qədər, Suraxanıdan Binəqədiyədək bir çox qalmaqallı tikintilərin arxasında məhz  “Şamaxılı Cavid”in durduğu məlum olur

Bu iddia paytaxtda aparılan qalmaqallı tikintilərlə bağlı Yenixeber.org-a daxil olmuş məlumatlarda yer alır...

Əcəmi metrostansiyası yaxınlığındakı “Şəki” kafesinin yerində tikilən obyektlə bağlı qalmaqal uzun müddətdir ki, ölkə mediasının gündəmini zəbt edib. Prezidentin “mənim ən yaxın köməkçilərim” adlandırdığı jurnalistlər bu məsələ ilə bağlı kifayət qədər geniş araşdırmalar aparır və obyektin ekologiya, tikinti, şəhər infrastrukturu  qaydalarını pozmaqla yanaşı, metro keçidi üzərində yerləşməsi ilə vətəndaşların həyatına təhlükə mənbəyi olduğunu üzə çıxarıb. Bəs bu boyda qanunsuzluğu törədib cəzasız qalan şəxs kimdir? 

İsrail adlı iş adamı Bakını Qəzza zolağına çevirib: Arxasında kim durur?

Bununla bağlı ərazi üzrə Nəsimi Rayon İcra Hakimiyyətindəki mənbələrimizdən məlumat almağa çalışdıq. İcra Hakimiyyətindəki mənbəmiz obyektlə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Riyad Qasımovun xüsusi tapşırığı olduğunu bildirib. Onun sözlərinə görə, işə həm də Dövlət Şəhərsalma və Arxitextura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin məsul işçisi “Şamaxılı Cavid” özü şəxsən nəzarət edir: “Bizə obyektin İsrail adlı iş adamına məxsus olduğunu deyilib. Onun üzünü belə görməsək də həm rayon rəhbərliyinə, həm də adıçəkilən qurumlara lazımınca hörmət edildiyi şübhəsizdir”.

Çəkilən adla bağlı da özəl mənbələrimizdən xüsusi araşdırma apardıq. Əldə etdiyimiz məlumatlar şok yaradır. Belə ki, Sumqayıtdan tutmuş Badamdara qədər, Suraxanıdan Binəqədiyədək bir çox qalmaqallı tikintilərin arxasında məhz bu şəxsin durduğu məlum olur. Bu şəxsin bütün dövlət qurumlarına rahat yol tapdığı və arxasında yüksək çinli dövlət adamının durduğu deyilir. Bu qaranlıq şəxsin əslində kim olduğu və nə ilə məşğul olması ilə bağlı araşdırmamızı davam etdirəcəyik.

Yenixeber.org olaraq adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam