Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin rəisi Elşad Məmmədli ilə Dövlət Yol Patrul Xidməti əməkdaşları arasında mübahisə yaranıb.
Olaya səbəb Elşad Məmmədlinin sərxoş vəziyyətdə sükan arxasında olması və kobud qayda pozuntusu törətməsi olub. Belə ki, xidməti avtomobilində sükan arxasında olan idarə rəisi sayrışan işıqları yandıraraq, təhlükəli manevrlər edib. YPX-nin diqqətini çəkən bu hala görə ona saxlamaq işarəsi verilsə də Məmmədli tabesizlik göstərib. YPX əməkdaşlarının təqibindın sonra dayandırılan Elşad Məmmədli bu dəfə onlarla mübahisə edib və özünün toxunulmaz şəxs olduğunu bildirib. Yaranmış vəziyyət Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə məruzə olunub. (Gununsesi.info)
Elşad Məmmədli ötən il bu vəzifəyə təyinat alıb.
Elşad Məmmədli ilə bağlı əldə etdiyimiz daha bir məlumatda isə onun bir neçə ay əvvəl Sea Breeze İstirahət Mərkəzində də sərxoş vəziyyətdə dava saldığı bildirilir.
Məsələ ilə bağlı heç bir açıqlama verilməyib.