Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

21 NÖMRƏLİ PALATA

Daha iki xəstəxana Kliniki Tibbi Mərkəzin tabeliyinə verildi

(Hekayə)

Hava yanvarın ortası üçün gözlənilməz dərəcədə soyuq idi. Amma içimdə qəribə bir titrəmə vardı. Nə külək, nə də temperaturla əlaqəli deyildi. Təcili yardım maşınının qapısını bağlayan sanitarın əlindəki soyuqluq, sanki ürəyimə qədər sirayət elədi.

Saat 03:12 idi. Bakı yuxuda idi – ya da elə göstərirdi. Yolboyu maşının pəncərəsindən baxanda, sanki hər şey donmuşdu: reklamsız, hərəkətsiz küçələr, saralmış ağac kölgələri, uzun illər boyu dəyişməyən binanın çatlamış fasadları...

Əslində elə mən özüm də dəyişmişdim. Qırx il müəllim olmuşdum – rus dili və ədəbiyyatından. Tələbələr, jurnallar, metodikalar, müşavirələr... Sonra təqaüd... Sonra səssizlik... Qarnımdakı sancıların artmasıyla bu gecənin haraya aparacağını bilmədən, öz-özümə bir növ təşəkkür etdim: “Qorxmadın, heç vax qorxmadın”. Amma içimdən bir səs cavab verdi: “İndi qorxursan...”

Xəstəxananın həyətinə daxil olanda ilk dəfə üşüdüm. Bina köhnə idi, amma özünə xas bir iradəsi vardı  minlərlə nəfərin izlərini, nəfəsini, ölümü və sağ qalmağı yadda saxlayan bir yerin ruhu olurmuş.

Məni 21 nömrəli palataya yerləşdirdilər. Qapını açan tibb bacısı yorğun idi, amma sözsüz nəzakətli. “Səhər həkim baxacaq, hələlik dincəlin”, - dedi. Palataya addım atdığım an, içimdəki titrəmə dondu.

Üç nəfərlik otaq. Tavan boyası bəzi yerlərdə qopmuşdu, amma yatan adamların sükunəti bir ibadətxana səssizliyi yaratmışdı. Küncdəki çarpayıda uzanan 32 yaşlı xanım gözlərini mənə dikmişdi – o baxışda nə sorğu vardı, nə də maraq. Sadəcə bilirdi. Nə isə bildiyi bəlliydi.

Qapıya yaxın çarpayıda orta yaşlı, azca kök bir qadın tər içində yatırdı – nəfəsi bərkdən gəlirdi. Yanındakı stulda yığılmış qəzetlər, bir yarımçıq alma və bir içi dolu çay termosu vardı. Bu, onun bura uzunmüddətli “qonaq” olduğunu gösərirdi.

Üçüncü çarpayıda Əsmər xala yatırdı. Daim baş ağrısından şikayət edirdi.

Dördüncü çarpayı boş idi. Tibb bacısı “Yəqin axşam çıxıblar” dedi və sakitcə çıxdı. Qapı bağlanan kimi içimdə nədənsə qəribə bir hiss oyandı – sanki bu palatada insanlar təkcə sağalmaq üçün yox, həyatlarının son cümləsini yazmaq üçün qalırdılar.

Könülsüz yerimə oturdum. Başımı yastığa qoyanda yadıma düşdü – sonuncu dəfə kimsə mənim necə olduğumu soruşanda, yəqin ki, hələ məkəbdə işləyirdim.

Divardakı saat tik-tik edirdi. Palatanın içində heç kim danışmırdı, amma hər kəs nəsə deyirdi.

Səhər yeməyi vaxtı palatanın pəncərəsindən süzülən zəif günəş işığı döşəmədə qırıq bir işıq oyunu yaradırdı. Günel əlində fincan, sakitcə çarpayısının kənarında oturmuşdu. Yemək vaxtı idi – plastik qablarda verilmiş bozarmış sıyıq, yaşıl çay və bir parça çörək.

Əsmər xala qabı açar-açmaz burnunu tutdu:

  • Bu nədi belə, sıyığa da bənzəmir, şorbaya da... Hələ sən bax, çörəyin üstü qapqara yanıb. Ay bala, bunlar bizi xəstələndirməyə yox, öldürməyə gəlirlər bura!

Günel gülümsədi, amma heç nə demədi.

  • Ay qız, sən niyə yemirsən? – Əsmər xala üzünü ona tutdu.

  • Əhvalım yoxdu, bir azdan bəlkə...

  • Sən yaşda adam ac qalmaz. Güc lazım olacaq. Mən deyirəm ha...

Qapı açıldı. Kök xanım – adı Tərlan idi - əlində qəzet, ağrısız yeriyə bilmədiyi üçün bir ayağını azca sürüyərək içəri girdi:

  • Sabahınız xeyir, qızlar. Məni görən kimi iştahınız açıldı düzdü? – deyib çayını kənara qoydu.

Əsmər xala qaşını qaldırdı:

  • Səni ancaq bu şit və yersiz zarafatlarınla tanıyırlar, Tərlan. Elə bil bura kafenin verandasıdı.

  • Vallah, bircə burda adamlar mənə qulaq asır. Evdəkilər artıq danışmağa belə qoymur... – deyə Tərlan gülümsədi, amma baxışında acı bir təkliyin kölgəsi dolaşdı.

Günel onun sözlərinə baxmadan, sakitcə sıyığın içindəki qaşığı çevirə-çevirə fikrə getdi.

Axşam saat beşin yarısıdı. Tibb bacısı sistemlə içəri girəndə palatada sakitlik idi. Əsmər xala yatağında kitab oxuyur, Günel isə pəncərə önündə oturub bayıra baxırdı.

  • Günel xanım, növbə sizindir, - tibb bacısı asta səslə dedi.

Günel çarpayısına keçib qolunu uzatdı.Tibb bacısı damarını tapmağa çalışırkən, Əsmər xala başını qaldırdı:

  • Damarın çox incədir. Elə mənimki kimi. Hər dəfə çətinliklə tapırlar...

  • Bəlkə də elədir...- Günel pıçıltıyla cavab verdi. İynə dərisinə toxunan kimi gözlərini yumdu.

Tərlan xanım bu səssizliyə dayana bilmədi:

  • Bilirsiz, bir dəfə mənə elə sistem qoşmuşdular ki, qolum yerində qalmışdı, sisem uçub getmişdi. Tibb bacısı məndən soruşmuşdu: “Bəs niyə demədin ağrıyır?” Dedim, “Adət eləmişik, ağrını da içimizdə saxlayırıq...”

Gülüş olmadı, hamı başa düşdü ki, bu zarafat deyildi.

Əsmər xala yavaşca dilləndi:

  • Hərənin bir yeri ağrıyır, Tərlan. Amma hamı susur. Elə ona görə də bura bu qədər səssizdir.

Günelin gözlərində yaş parladı, amma özünü saxladı. Sistem damlası-damlasına axarkən, palatada başqa heç nə axmırdı – zaman sanki dayanmışdı.

Günorta idi. Hava ağır idi – pəncərə şüşəsinə incə duman çökmüşdü. Günel pəncərə kənarında yazırdı, Əsmər xala baş ağrısından şikayə edib uzanmışdı. Tərlan yenicə gəlmişdi. Bu dəfə nədənsə zarafat etmirdi. Palatada qəribə səssizlik vardı – “nə isə olacaq” hissi gözlə görünməz bir şəkildə dolanırdı.

Qapı qəfil açıldı. Içəri girən həkimlə bir qadın idi – baş tibb bacısı. Onların üzündə nə təşviş, nə də soyuqluq – sadəcə yorğun, mexaniki ifadə vardı. Bu, daha çox pis xəbərləri çatdırmağa alışmışların üzündə olur.

  • Əsmər Cəfərova sizsiniz? – həkim soruşdu.

Əsmər başını qaldırdı, gözləmilməz, sakit səslə:

  • Mənəm. Nə olub?

Həkim əlindəki vərəqə baxmadan dedi:

  • Cavablar gəlib. Sizi bu gün axşam təcili olaraq onkoloji şöbəyə köçürürük. Diaqnoz təsdiqləndi.

Günel yazını dayandırdı. Tərlan nəfəsini tutdu. Əsmər isə sadəcə bir anlıq gzlərini yumdu. Sonra qəribə bir təmkinlə - əllərini düzəldib qalxdı.

  • Hə, yaxşı. Çox da qalmaq olmurdu burda onsuz da...

Heç kim nəsə demədi. Həkim və tibb bacısı çıxıb qapını bağlayanda otaqda zaman da sanki dondu.

Əsmər yavaş-yavaş çantasını yığmağa başladı. Birdən əlləri titrəməyə başladı. Günel yaxınlaşmaq istədi, amma Əsmər durub ona baxdı:

  • Mən həmişə deyirdim axı, qadın hər şeyi özü etməlidir. Göz yaşı da daxil...

Tərlan ağır-ağır oturduğu yerdə dilləndi:

  • Qadın güclü olanda, başqaları susur. Elə ona görə çox vaxt onlar tək qalır...

Əsmər gözlərini Günelə zillədi:

  • Qızım , yazıçı deyilsən, yaz bu barədə. Sən bu palatanı yaz, eşidirsən? Burda insanlar ölmür. Burda insanlar yavaş-yavaş yox olur...

Sonra çantasını götürdü və heç kimə baxmadan çıxdı. Qapı bağlananda palatada sadəcə bir səs eşidildi – sistemin damcı-damcı axan mayesi...

SƏADƏT Sultan: Yazıçı-publisist, AYB-nin üzvü


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam