Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Lavrov Rubio ilə danışıb...

Lavrov və Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib
Mayın 17-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ dövlət katibi Markov Rubio arasında telefon danışığı olub.

Yenixeber.org: Məlumata görə, xarici siyasət idarələrinin rəhbərləri bir gün əvvəl İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.

Marko Rubio hərbi əsirlərin mübadiləsi və hər bir tərəfin atəşkəsə nail olmaq üçün lazım olan şərtlərə öz baxışının hazırlanmasına dair razılaşmaları alqışlayıb və Vaşinqtonun nizamlama axtarışlarını asanlaşdırmağa davam etməyə hazır olduğunu vurğulayıb.

Sergey Lavrov Kiyevin yekunda Rusiya prezidenti Vladimir Putinin İstanbul danışıqlarını bərpa etmək təklifini qəbul etməsinə töhfə verən ABŞ-ın müsbət rolunu qeyd edib. O, Moskvanın bu kontekstdə amerikalı həmkarları ilə birgə işləməyə hazır olduğunu təsdiqləyib.

Söhbət zamanı bir sıra digər beynəlxalq və regional məsələlərə də toxunulub. Lavrov və Rubio Rusiya-Amerika təmaslarının davam etdirilməsi ilə bağlı da fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, ötən gün İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam