Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

İstanbul görüşü: Yeni sülh ümidi, yoxsa diplomatik teatr? - TƏHLİL

2025-ci il mayın 16-da İstanbulda keçirilmiş Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü son üç ildə tərəflər arasında baş tutmuş ilk birbaşa dialoq oldu. Tarixi Dolmabahçe sarayında baş tutan bu danışıqlar regional və qlobal diqqəti cəlb etməklə yanaşı, həm də sülh axtarışlarında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Yenixeber.org: Lakin bu görüş əsl sülh niyyəti iləmi, yoxsa sadəcə diplomatik görüntünü qorumaq məqsədiləmi baş tutdu?

Ukraynalı siyasi ekspert Valeriy Dımov bildirib ki, Rusiya və Trampın koordinasiyalı təzyiqləri nəticəsində Ukrayna danışıqlarda zəif mövqedə qalaraq, Kremlin şərtlərini qəbul etməyə məcbur edilir.

Ukrainian political analyst Valeriy Dymob

Onun sözlərinə görə, Ukrayna nümayəndə heyətinin İstanbul danışıqlarına qatılmaması faktiki olaraq mümkün deyildi: “Bu vəziyyət Rusiya təbliğatı üçün əlverişli oldu: guya Ukrayna ilə artıq danışıqlar aparılıb, razılaşma əldə olunub, lakin xarici qüvvələr bu prosesə mane olub. 2022-ci ildə İstanbulda baş tutmuş danışıqların guya xarici təsirlər nəticəsində pozulduğu iddia edilir. Tramp üçün burada günahkar Baydendir, Orban və digər Avropa tərfindən olan tərpənməzlər üçün isə Brüssel, NATO və digər Qərb liderləri. Bu mövzu daxili siyasi proseslərdə təbliğat vasitəsinə çevriləcək. Rusiya nümayəndə heyətinə yenidən Medinski rəhbərlik edirdi. Bu isə Rusiyanın təbliğat kampaniyasına təkan verdi: guya Ukrayna ilə razılığa gəlinmişdi, lakin danışıqlar pozuldu və indi Moskva daha sərt şərtlərlə çıxış edir. Rusiya bildirir ki, əgər əvvəlki təklifləri qəbul etmədinizsə, indi bu şərtlər daha da sərtləşəcək. Belə bir vəziyyətdə – cavabsız qalan ultimatumlar fonunda – Avropa liderləri Putinə ABŞ və Ukraynanın Ciddə şəhərində qəbul etdiyi 30 günlük atəşkəs planına razılıq verməli olduğunu bildirirdilər. Bu plan quruda, havada və dənizdə döyüş əməliyyatlarının tam şəkildə və şərtsiz dayandırılmasını nəzərdə tuturdu. Putin danışıqlar təklif etdi, Tramp isə bunu bəyəndi. Belə bir situasiyada danışıqlara qatılmamaq informasiya baxımından çox çətin olardı. Tramp hazırda Putinin təklif etdiyi istiqamətdə hərəkət edir və bu, Rusiya planının tətbiq olunduğunu göstərir: bir tərəfdən dinc şəhərlərə qarşı terror və zorakılıq, digər tərəfdən diplomatik təzyiqlər.Belə bir şəraitdə danışıqları müsbət qiymətləndirmək mümkün deyil. Ukraynanın seçim imkanları çox məhduddur və iki fiqur — Putin və Tramp — açıq şəkildə bildirirlər: sizin kozırlarınız yoxdur, ona görə də Rusiya şərtlərini qəbul etməlisiniz. Tramp isə guya bildirir ki, əgər razılaşsanız, sizə kömək edə bilərik.

Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko isə İstanbul görüşünü Rusiya üçün ciddi diplomatik uğur kimi qiymətləndirib.

O, bildirib ki, son üç ilin ilk birbaşa Rusiya–Ukrayna danışıqları tərəflərin mövqelərini ortaya qoyması və əsirlərin mübadiləsi kimi ilkin nəticələr baxımından əhəmiyyətli olub və Rusiya üçün ciddi diplomatik uğur hesab edilir.

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında baş tutan danışıqlar faktı özü-özlüyündə müsbət hadisə kimi qiymətləndirilə bilər. Bu, son üç ildə ilk belə format idi. Minimum olaraq, tərəflərin öz mövqelərini ardıcıl şəkildə ifadə etməsi və gələcəkdə danışıqların davamı çərçivəsində konkret qərarların qəbuluna gəlmək baxımından bu görüş zəruri və faydalı idi. Ümumilikdə bu danışıqları Rusiyanın böyük diplomatik uğuru kimi qiymətləndiririk. Niyə? Çünki məlumdur ki, Ukrayna və onun Avropa İttifaqındakı Qərb tərəfdarları Rusiyadan hərbi əməliyyatlara 30 günlük moratorium elan etməyi tələb edirdilər. Bu arada Ukrayna Qərb tərəfindən silahlandırılacaq, ona resurslar təqdim olunacaq və hərbi potensialı gücləndiriləcəkdi. Bütün bunlar isə Rusiyaya qarşı sərt ultimatum formatında təqdim olunmuşdu. Fransa prezidenti, Almaniya kansleri və Böyük Britaniyanın baş naziri kimi aparıcı Qərb liderləri açıq şəkildə bəyan etmişdilər ki, əgər Rusiya Ukrayna ilə danışıqların başlanması üçün məcburi şərt kimi irəli sürülən moratoriuma razılaşmasa Moskvaya qarşı yeni sanksiyalar tətbiq olunacaq. Cavab olaraq, Kreml əvvəlcədən heç bir şərt qoyulmadan görüşməyə və yaranmış vəziyyəti müzakirə etməyə hazır olduğunu bildirdi. Bu yanaşma ABŞ-da Donald Trampın rəhbərlik etdiyi yeni administrasiya tərəfindən anlayışla qarşılandı. Buna görə də, Zelenskinin kifayət qədər qeyri-ciddi davranışına baxmayaraq — o, Türkiyəyə gəlib Putinlə birbaşa görüş tələb edirdi — bu görüş ona təşkil edilmədi. Rusiya isə kifayət qədər ixtisaslı və hazırlıqlı danışıqlar heyəti göndərdi. Görüş baş tutdu. Biz hesab edirik ki, ilk mərhələ uğurla keçdi. Ən azı praktik nəticələr əldə olundu: əsirlərin mübadiləsi və danışıqlar prosesinin davam etdirilməsi barədə razılıq əldə edildi. Ukrayna tərəfi yenidən dövlət başçıları səviyyəsində görüş tələb etdi. Moskva hələlik buna razı deyil. Amma ümumilikdə, keçmiş danışıqları zəruri hesab edirik və onları Rusiya Federasiyasının diplomatik uğuru kimi qiymətləndiririk. Rusiya irəli sürdüyü bütün təklifləri reallaşdıra bildi. Eyni zamanda Donald Trampın Ağ Evdən verdiyi açıqlamalar göstərdi ki, o, Rusiyanın bu mövqeyini olduqca müsbət qarşılayıb”.

                                 Siyasi iradə və real sülh istəyi?

There Are Only Two Ways to Bring Peace to Ukraine - The Atlantic

Danışıqların özünün baş tutması belə beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandı. Son aylarda cəbhə xəttində vəziyyətin gərginləşməsi, hər iki tərəfin qarşılıqlı hücumları intensivləşdirməsi fonunda bir masa arxasında əyləşmək belə əhəmiyyətli addım sayılır. Bu, sülhə olan ümidsizliyin deyil, ümidsizliyin içində belə sülh arzusu daşıyan qüvvələrin hələ də mövcudluğunun göstəricisidir. Lakin görüşün konkret nəticə verməməsi, yaxud heç olmasa, birgə bəyanatla müşayiət olunmaması bu prosesin hələ çox həssas və zəif təməl üzərində qurulduğunu göstərir. Ukraynanın atəşkəs təklifinin gündəmə gətirilməsi, lakin Rusiya tərəfindən konkret cavabın verilməməsi diplomatik manevrlərin davam etdiyini göstərir.

Dımov vurğulayıb ki, Ukraynanın ağır vəziyyətindən istifadə edən Rusiya və onun Qərbdəki tərəfdarları “sülh” anlayışını təslim şərtlərinin təbliği üçün alətə çevirib, ABŞ isə bu prosesdə öz maraqlarına uyğun hərəkət edir.

Vəziyyət çox mürəkkəbdir. Məsələn, Bayden administrasiyasında çalışmış Kit Kellogun sözlərini xatırladım: “Ukrayna qalib gəlməkdədir, amma ABŞ ona bu qələbəni qazandıracaqmı?” Həmin vaxt amerikalılar Putinin şantajına boyun əydilər. Əvvəl bizə qələbə qazandırmadılar, sonra isə dedilər: “Əgər məğlub oldunuzsa, artıq kozırlarınız yoxdur.” Bu, elə bir məntiq formalaşdırır ki, guya sülhə məğlub tərəf can atır. Deməli, güclü olanla – yəni Rusiya ilə – danışmaq lazımdır. Tramp, Vitkov və digər Rusiya meyilli qüvvələr də eyni cür düşünürlər. Bu mənada “sülh istəyi” – əgər bunu Corc Oruellin yeni danışıq dili ilə ifadə etsək – “rus dünyasına” yönəlmiş bir tendensiyadır. Ukrayna sülh istəyir, çünki əziyyət çəkir, amma ABŞ və onun bəzi müttəfiqləri öz imiclərini qorumaq üçün Putinə yaxınlaşmağı daha məqsədəuyğun hesab edirlər. Bu isə artıq gizli deyil: Ukraynanın arxasında razılaşdırılmış təzyiqlər, təslim şərtləri formalaşır. Söhbət işğal olunmuş ərazilərin tanınmasından və digər güzəştlərdən gedir. Beləliklə, “sülh” anlayışı Rusiya tərəfindən sadəcə bir təbliğat vasitəsinə çevrilmişdir – necə ki, bu sözü 1938-ci ildə Sudet böhranının “həllinə görə” Nobelə təqdim edilən Hitler istifadə edirdi. Əvvəl Sudetlər, sonra Çexoslovakiya – və nəticədə dünya müharibəsi. Bu gün də eyni ssenari təkrarlanır. Təəssüf ki, Tramp bunu görmür. Amma bu, artıq ayrıca müzakirə mövzusudur.”

İgor Korotçenko isə Ukraynanı sülhə can atmadığını, qeyri-real tələblərlə prosesi uzatdığınbı bildirib.

This Week in the Russia-Ukraine War (January 24) - Defense Security Monitor

Ukrayna sülhə can atmır. O, yerinə yetirilməsi mümkün olmayan tələblər irəli sürür və bilərəkdən hərbi əməliyyatları davam etdirir. Zelenskinin Türkiyəyə səfəri də əslində — səhnə keçmişini nəzərə alsaq — “95 Kvartal” üslubunda böyük bir şou göstərmək cəhdi idi. Bu baxımdan Ukrayna tərəfinin mövqeyini dağıdıcı hesab edirik. Rusiyanın mövqeyi isə ondan ibarətdir ki, o, sülh istəyir. Amma bu, hər hansı şərtlərlə deyil, ilk növbədə 2022-ci ildə İstanbulda baş tutan danışıqların davamı əsasında olmalıdır. O vaxt müəyyən razılaşmalar əldə olunmuşdu. Lakin bu razılaşmaların imzalanması Bayden administrasiyası və Böyük Britaniya tərəfindən pozuldu. Rusiya üçün ərazi bütövlüyünün tanınması prinsipial əhəmiyyət daşıyır — bu, Krım və yeni daxil olan dörd regionu da əhatə edir. Bu məsələlər müzakirə mövzusu deyil. Moskva bu məsələlərin qeyd-şərtsiz şəkildə həyata keçirilməsində israrlıdır. İkinci əsas məsələ Ukraynanın demilitarizasiyasıdır: NATO-ya üzvlükdən rəsmi imtina və yaxın perspektivdə belə bir üzvlüyün mümkünsüzlüyünün rəsmiləşdirilməsi. Ukrayna Silahlı Qüvvələrinin elə bir minimum səviyyəyə endirilməsi nəzərdə tutulur ki, o, gələcəkdə Rusiya Federasiyasına təhdid yaratmasın. Əlbəttə, digər bir sıra məsələlər də var. Ona görə də Ukrayna real danışıqlara və sülhə hazır deyil, Rusiya isə uzunmüddətli sülh istəyir — lakin bu, həmin münaqişənin başlanmasına səbəb olan amillərin aradan qaldırılması şərti ilə mümkündür. Mövcud vəziyyət göstərir ki, Ukraynanın gələcəyi ilə bağlı ən real və düzgün format — yalnız Putin və Tramp arasında birbaşa görüşdür. Avropa İttifaqı sülhdə maraqlı deyil. Aİ artıq bəyan edib ki, 2030-cu ilə qədər NATO ölkələri, xüsusilə də Avropadakı NATO üzvləri, Rusiya ilə böyük müharibəyə hazır olmalıdırlar. Bu, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin və Aİ-nin xarici işlər naziri Kaya Kallasın rəsmi mövqeyidir. Avropa bu yolla özünün tam müharibə hazırlığında olduğunu nümayiş etdirir. Tramp üçün isə “Ukrayna mövzusu” artıq bağlanmış məsələdir. O, diqqətini digər xarici siyasət və hərbi məsələlərə yönəltmək niyyətindədir. Buna görə də Ukrayna müharibəsinin mümkün qədər tez başa çatmasında maraqlıdır. Bu mənada Moskva ilə Vaşinqtonun istəkləri tam üst-üstə düşür. Ona görə də Tramp–Putin sammitinə hazırlığın getdiyini və ya artıq başladığını düşünürük. Bu sammitdə qəbul ediləcək qərarlar Moskva və Vaşinqton arasında siyasi münasibətlərin normallaşmasına şərait yaradacaq və Ukrayna ətrafındakı böhranın həllində hər iki tərəfin — əsas oyunçular və maraqlı tərəflər olaraq — maraqlarını nəzərə alan format formalaşacaq. Tramp həm Aİ-yə, həm də Ukraynaya təzyiq göstərərək onları döyüşləri dayandırmağa və mövcud reallıqları qəbul edib sülh sazişi imzalamağa məcbur edə bilər.”

                            Danışıqlardan gözləntilər və reallıq

Comment | Ukraine: a peace deal will require mutual trust, which is very  hard to imagine - Keele University

Bu danışıqlardan əvvəl analitiklər və ekspertlər hər iki tərəfdən konkret irəliləyiş gözləmirdi. Danışıqların daha çox "yol xəritəsinin" müəyyən olunmasına və prosesin gələcək mərhələlərinin konturlarının cızılmasına xidmət edəcəyi proqnozlaşdırılırdı. Bu baxımdan, gözləntilər çox da yüksək deyildi və reallıq da bu gözləntiləri qismən doğrultdu. Əsas məqsəd diplomatik kanalın tam bağlanmamasına nail olmaq idi və bu, müəyyən qədər əldə olundu.

Ukraynalı siyasi ekspert də İstanbulda baş tutan son danışıqlarından hər hansı bir müsbət nəticə gözləntisinin olmadığını bildirdi: “Bu görüşlər tamamilə Rusiya gündəliyi çərçivəsində təşkil olunmuşdu və verilən əsas mesaj da aydın idi: “Bizim şərtlərimizlə razılaşın, əks halda daha sərt tələblərlə qarşılaşacaqsınız.” Bütün proses, əslində, 2022-ci ilin martında eyni məkanda keçirilmiş danışıqların davamı idi və bunu təkcə siyasi kontekst deyil, Türkiyə mediasında da açıq şəkildə etiraf edilən simvolik yanaşmalar təsdiqləyirdi.Ukraynanın bu görüşə qatılmaqdan imtina etmək kimi bir imkanı yox idi. Lakin təəssüf ki, bizim mövqeyimiz proaktiv deyil, reaktiv idi və bu reaksiya da daxili siyasi planlaşdırmanın deyil, çoxşaxəli – hərbi, informasiya, diplomatik və siyasi – təzyiqlərin nəticəsi idi. Ən məyusedici məqam isə bu təzyiqlərin məhz ABŞ kimi ən yaxın müttəfiq hesab etdiyimiz tərəfdən gəlməsi idi. Hazırkı beynəlxalq mühitdə razılaşmaların və imzaların dəyəri getdikcə azalır. Bu səbəbdən mən bu görüşlərdən heç bir nəticə gözləmirdim – və gözləntilərim tam şəkildə doğruldu.”

                         Atəşkəsin rədd edilməsi yeni eskalasiyaya səbəb ola bilərmi?


Ukraynanın atəşkəs təklifi qəbul olunmasa, bu, böyük ehtimalla yeni döyüş mərhələsinin başlanğıcına səbəb olacaq. Cəbhədə son günlər müşahidə olunan artan intensivlik və pilotsuz uçuş aparatlarının geniş tətbiqi, hər iki tərəfin hələ də müharibə yolunu bağlamadığını göstərir. Bu isə müharibənin daha dağıdıcı mərhələyə keçə biləcəyindən xəbər verir.

Ukraynalı siyasi ekspert hazırda vəziyyətin eskalasiya mərhələsində olduğunu bilidirib: “Cəbhə xəttində Ukraynaya təzyiq artır, siyasi arenada isə bu təzyiq Tramp vasitəsilə davam etdirilir. Tramp açıq şəkildə Rusiyanın mövqeyini müdafiə edir və Ukraynaya mesaj verir: “Təklif olunan şərtlərlə razılaşın, əks halda daha pis olacaq.” Halbuki o, Rusiya hücumları zamanı hakimiyyətdə deyildi və Ukrayna ordusu Kiyev, Xarkov və Xersonda uğurlar qazanmışdı. Trampın bu ritorikası və Vitkov kimi fiqurların mövqeyi siyasi, diplomatik və informasiya təzyiqlərini gücləndirir. Trampın Putinə ünvanladığı “davam et, mən də elə edərdim” mesajı cəbhədə də təsirini göstərir — Zaporojye və Sum vilayətlərində hücumlar artıb. Əslində, Ukraynanın razılaşmaması deyil, təqdim olunan “şərtlər”in özü eskalasiyanın səbəbidir. Bu gün Ukrayna eyni anda həm hərbi, həm də siyasi-informasiya təzyiqinə məruz qalır.

Rusiyalı ekspert isə cəbhə xəttində döyüşlərin gündəlik davam etdiyini bildirib: “Müharibə müharibədir — Rusiya ordusu irəliləyir, getdikcə daha çox ərazini, daha çox yaşayış məntəqəsini azad edir. Bu, sürətli proses olmasa da, davamlı və ardıcıldır. Ukrayna sülh sazişinə qarşı nə qədər inad göstərsə, nəhayətində bir o qədər ərazi Rusiya Federasiyasının nəzarətinə keçəcək. Üstəlik, Rusiya dörd yeni regionu tam nəzarətə götürdükdən sonra, öz təhlükəsizliyini təmin etmək üçün Ukrayna ərazisinə doğru — təxminən 70–120 kilometr dərinliyə qədər — təhlükəsizlik zonası yaratmaq məcburiyyətində qalacaq. Bu da, xüsusilə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki cəhdlərindən sonra zəruri görünür. Beləliklə, danışıqları uzatmaqla Ukrayna özünün qalan ərazi miqyasını da getdikcə itirir”.

İstanbul danışıqları hələ ki, qəti nəticələr verməsə də, diplomatik dialoqun tamamilə dayanmadığını göstərdi. Əgər tərəflər bu görüşü yeni diplomatik mərhələnin başlanğıcı kimi qəbul edərlərsə, gələcəkdə konkret sülh mexanizmlərinin formalaşması mümkündür. Əks təqdirdə, bu görüş sadəcə yaddaşlarda qısa müddətlik diplomatik jest kimi qalacaq.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam