Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Putinlə əlaqəsi olan hər kəs sanksiyalara məruz qalacaq -ABŞ Dövlət Departamenti

Açiq mənbələrdən foto.

Çərşənbə günü Dövlət Departamentinin yüksək vəzifəli məmurları ABŞ-ın və müttəfiqlərinin Ukraynaya qarşı müharibə ilə əlaqədar Rusiyaya tətbiq etdiyi sanksiyaları şərh edib. Onların sözlərindən məlum olub ki, "Putin və Rusiya rəhbərliyi ilə əlaqəsi olan hər kəs sanksiyalara məruz qalacaq", xəbəri ABŞ-dakı müxbirimiz verib.

Yenixeber.org: Vaşinqton Putinin əlaltılarını və müharibəni maliyyələşdirən oliqarxları hədəfə alıb. Bunu üç yüksək vəzifəli məmur - dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Molli Montqomeri, iqtisadi və işgüzar məsələlər üzrə köməkçi Erik Vudhaus və beynəlxalq təhlükəsizlik üzrə köməkçi Qonsalo Suares bu barədə Vaşinqtonda keçirilən brifinqdə bildiriblər.

"Rusiyanın əməlləri ona baha başa gəlməsə, o, potensial təcavüzkarlara əraziləri işğal edə biləcəkləri və digər ölkələri özlərinə tabe edə biləcəkləri ilə bağlı siqnal verəcək", deyə Montqomeri bildirib.

Moskvanın Rusiyanın sanksiyalardan yayınmasına kömək etmələri üçün Cənubi Qafqaz ölkələrinə təzyiq göstərə bilməsi ilə bağlı sualımıza cavabda o deyib ki, ABŞ "sanksiyalardan yayınma faktlarına çox ciddi yanaşır".

Avropadan fərqli olaraq, ABŞ-ın Putinin sevgilisi olduğu təxmin olunan Alina Kabayevaya qarşı sanksiya tətbiq etməməsinin səbəbi haqqında suala cavabda Erik Vudhaus deyib ki, zamanla bu boşluqlar aradan qaldırılacaq.

Çıxış edənlər qeyd ediblər ki, Vaşinqton, onun müttəfiqləri və tərəfdaşları Rusiyaya təcavüzünə görə yüksək qiymət ödətmək fikrində "yekdildirlər".(Turan) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam