Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

80 bina səksəkədə:“Bakıxanov residense” Ərəblinkaya da əl qoydu – Reportaj

80 bina səksəkədə:

 

 

Bakıda Ərəblinka adlanan yer var. Bu küçə Nazim İsmayılovun adını daşıyır. Bakıxanov qəsəbəsindən Qaraçuxura gedən çala-çuxur yoldur

Yenixeber.org: 

► Çamadan ab-havası…

Yəni, Ərəblinkanın ərəblərlə heç bir əlaqəsi yoxdur. Bu küçənin başı və ayağı həm binalardan, həm də həyət evləri və villalardan ibarətdir.

Amma N.İsmayılovda təkcə yaşayış binalarının sakinləri səksəkdədir. Səbəbi var…

Ərəblinka sakinlərindən eşidirik ki, “Bakıxanov residense” tikinti firması burada yaşayanlara da xəbərdarlıq edib.

Fətəliyev küçəsində iki mərtəbəli binanın sökərək yerində göydələn inşa etməyə hazırlaşan MTK indi də Ərəblinkaya əl qoyub.

Sakinlərə qeyri-rəsmi və şifahi şəkildə deyilib ki, çamadan ab-havasında olsunlar, yaxın vaxtlarda yaşadıqları binanı söküb yerində çoxmərtəbəli inşa edəcəklər.

Onlara isə tikiləcək binadan ev veriləcək. Ona görə də sakinlər gözdə-qulaqda intizarla gözləyirlər ki, “Bakıxanov residense” nə vaxt Ərəblinkada “zühur” edəcək.

Maraqlısı odur ki, bu binaların heç biri qəzalı deyil və sökülməsinə zərurət yoxdur. Sakinlər də hazırkı mənzillərindən məmnundurlar.

Amma onlara tikiləcək təzə binadan ev veriləcəyi vədinə əməl olunsa, etiraz etməyəcəklər. Hələlik isə qeyri-müəyyənlik yaranıb.

Ümumiyyətlə, “Bakıxanov residense” qəsəbə ərazisində yerləşən binaları bir-bir sökərək yenilərini inşa etməyə başlayıb. Həmin binalar sovet dövrünə aid və qəzasızdırlar.

Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) abadlıq işləri zamanı sözügedən binaların fasadları yenilənmişdi.

► Nobel dövrünün binaları və…

Amma qəsəbədə elə yaşayış binaları var ki, Nobelin vaxtında – 1880-ci, 1903-cü, 1908-ci ildə tikilib, qəzalı vəziyyətdədir, müəyyən yerləri uçan binalar da var.

Ona görə də məsələ qalxıb ki, Sabunçu rayonunda dövlət mənzil fondu – fərdi evlər bura aid deyil, dövlət balansında olan binalar (JEK evləri) sökülsün, yerlərində yeniləri tikilsin.

Bir müddət əvvəl Sabunçunun icra başçısının müavini Aftandil Hüseynzadə demişdi ki, sökülməsi nəzərdə tutulan evlərə kommunal şərait, yəni ayaqyolu və digər kommunal şəbəkələr yoxdur, həyətlərdə quraşdırılıb, belə evlər 2 və 3 mərtəbəlidir.

Nəzərdə tutulub ki, belə evlər sökülsün, yerində 5, 6, sıxlıqdan asılı olaraq, 7 mərtəbəli binalar tikilsin. Sakinlər də bu binalardakı mənzillərə köçürülsünlər, sakinlərin mənzil şəraitləri yaxşılaşdırılsın.

Göründüyü kimi, icra başçısı müavininin dediyi dövlət planı “Bakıxanov residense” şirkətinə həvalə olunub. Bu şirkətin isə icra başçısı Adil Vəliyevə aid olduğu bildirilir.

A.Hüseynzadə söyləyib ki, Sabunçu rayonunda bu cür qəzalı vəziyyətdə olan 80-dən artıq bina var. Bina var ki, 60 mənzili, bina var ki, 30 mənzili, bina da var ki, barak tiplidir, az mənzili var.

O, qəzalı binaların sökülərək yerlərində yeni binaların tikilməsinə dövlət büdcəsindən vəsait ayrılmayacağını da açıqlayıb:

“Tutaq ki, hər hansı özəl tikinti şirkəti 25 ailənin yaşadığı qəzalı vəziyyətdə olan binanı sökəcək, yerində 50 mənzilli yeni bina tikəcək.

Yeni binada 25 mənzil qəzalı vəziyyətdəki binada yaşamış sakinlərə veriləcək, 25 mənzil də tikinti işlərinə çəkilən xərclərin qarşılanması ilə əlaqədar tikinti şirkətinin sərəncamında olacaq”.

Emil Salamoğlu/ AzEuroNews.com / Bakı ► ► ► 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam