Meymunçiçəyinin coğrafiyası genişlənir - AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyilə bağlı məlumat yayıb.
Yenixeber.org: ÜST Avropa getdikcə meymunçiçəyinin ocağına çevrildiyini açıqlayıb.
Bildirilib ki, qitədə xəstəliyin geniş yayılma riski var. Məlumata görə, artıq 25 Avropa ölkəsində 1500-dən çox xəstə aşkar edilib.
ÜST bəyan edib ki, başlıca prioritet xəstəliyin arealının genişlənməsinin qarşısını almaqdır.