Müxalifət geri çəkilir-Ermənistanda
Müxalifət İrəvanın mərkəzində qurduğu çadırları yığışdırmağa başlayıb.
Yenixeber.org: Bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, “Müqavimət” müxalifət hərəkatının üzvləri İrəvanın Fransa meydanında 40 gündən çox əvvəl qurulan çadırları yığışdırıblar.
Bununla belə, onların etiraza davam edəcəyi açıqlanıb.
Qeyd edək ki, müxalifət hərəkatı mayın 1-də Fransa meydanında çadır şəhərciyi quraraq ölkədə hakimiyyət dəyişikliyi uğrunda mübarizəyə başladığını elan etmişdi.