Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Belarus Ukraynanın taleyini yaşaya bilər-Lukaşenko çağırış etdi

 Belarus prezidenti Aleksandr Lukaşenko vəziyyətin Ukrayna ssenarisi üzrə inkişafının qarşısını almaq üçün rəsmiləri əhali ilə daha fəal əlaqə saxlamağa çağırıb.

Yenixeber.org: Bu barədə Belarus prezidentinin saytında məlumat verilib.

“Xalq uğrunda döyüşdə uduzsaq, hakimiyyət olaraq dəyərsizik, dövlətimiz üçün gərəksiz olarıq. Biz də Ukrayna kimi olsaq, burada hər bir insan özü üçün yaşasa, ən güclüsü sağ qalır prisipini üstün tutsaq, gənclər, uşaqlar, qocalar taleyin ümidinə buraxılmış olacaq. Biz müharibə ərəfəsində yaşayırıq”, o, cümə günü yerli səviyyədə əhali ilə iş üzrə seminar-müşavirədə deyib.

"Heç birimiz ölkəmizdə Ukrayna ssenarisinin tərarlanmasını istəmirik", - deyə dövlət başçısı vurğulayıb.

"Ona görə də gəlin birlikdə işləyək. Mövzu həyati əhəmiyyət kəsb edir. 2020-ci ildə və ondan sonra baş verənlərdən (söhbət Belarus prezidenti seçkiləri və ondan sonrakı hadisələrdən gedir - qeyd) nəticə çıxarmasaq, Ukrayna hadisələrinə doğru böyük addım atmış olacağıq. Amma bu, bizim üçün Ukraynanın düşdüyü vəziyyətdən daha çətin olacaq”, - deyə o bildirib.

Lukashenka hesab edir ki, bu adada sülh və əmin-amanlığı qorumaq üçün Belarusda hər kəs vicdanla işləməli, vətəninə qarşı aparılan dağıdıcı proseslərə müqavimət göstərməli və müarizəyə qoşulmalıdır: "Ətrafda hər şey alovlanır: haradasa qaynar müharibə gedir, haradasa hələ də media, iqtisadiyyat və s. ilə bağlı hibrid müharibənin bir hissəsi var. Ətrafda hər şey alovlanır və bizi də bu yayan çəlləyə atmaq istəyirlər. Bizə sülh verməyəcəklər, amma biz müqavimət göstərməli və dözməliyik”, - deyə Belarus prezidenti qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam