Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Rusiyalı milyarderin ölümündə şamanlar izi...

Fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra rusiyalı oliqarxların ölümü şübhə doğurmaqda davam edir.

Yenixeber.org: Belə şübhəli məqamlardan biri “Lukoyl”un keçmiş meneceri olan Aleksandr Subbotinin ölümü ilə bağlıdır. Onun ölümü qurbağa zəhəri ilə əlaqələndirilir.

Rusiya İstintaq Komitəsinin ilkin məlumatına görə, 43 yaşlı milyarder Subbotin alkoqol detoksuna görə şamanlardan dəstək alıb. Bu məqsədlə rus oliqarx qurbağa zəhəri ilə müalicə olunub. Bundan bir müddət sonra infarkt keçirən Subbotinə şamanlar valerian bitkisindən hazırlanmış ağrıkəsici qarışığı verib. Lakin Subbotin səhər saatlarında Aleksey Pindyurin və Kristina Teyxrib adlı 2 şaman tərəfindən ölü tapılıb.

Aleksandr Subbotinin ölümünün dəqiq səbəbi ürək dayanması kimi qeydə alınıb. Rusiya mediasından bəziləri şamanların rus oliqarxı peşəkarcasına öldürdüyünü iddia edib. Şamanlar isə ondan pul almadıqlarını, Subbotinlə dost olduqlarını bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam