Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

"Rusiya ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb" -Ukrayna MN

Ukrayna Müdafiə Nazirliyi ölkədəki durumla bağlı operativ məlumat yayıb.

Yenixeber.org: Qurumdan bildirilib ki, Rusiya ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb.

Rəsmi informasiyaya görə, səfərbərlik əsasən Krasnodar, Perm, Dağıstan, İnquşetiya və Kalmıkiya ərazilərini əhatə edir.

“Ehtiyatda olan hərbçiləri həvəsləndirən maddi maraqdır. Rusiya hərbçiləri düşünürlər ki, onlar quldurluq və talançılıqla maddi durumlarını yaxşılaşdıra bilərlər”, - Ukrayna MN-dan qeyd olunub.

Həmçinin göstərilir ki, Rusiya səfərbərliyə təxminən 60 min nəfərin cəlb olunacağını gözləyir: “Onlar köhnəlmiş silahları anbarlardan çıxaracaqlar. Həmin silahların bəziləri 30 ildən çoxdur ki, istifadə olunmur".

Bundan başqa, Donetsk və Luqansk vilayətlərində son sutkada Rusiyanın 7 hücumu dəf edilib: “Həmçinin 2 zirehli texnika, 43 avtomobil və 1 minaatan məhv edilib. Eyni dövr ərzində Ukrayna Silahlı Qüvvələrinin zenit-raket qüvvələri 6 hava hədəfini - üç təyyarə (SU-34, SU-35 və İl-22 təyyarələri), bir helikopter və iki qanadlı raketi məhv edib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam