Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

RUSİYA "SÜLHMƏRAMLILARI"nın YENİ TƏXRİBATI -Bordov təzədən Xankəndində peyda olub və...

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazimizdə erməni-separatçı ünsürlərin əli ilə Azərbaycan əleyhinə təxribatlar və hoqqabazlıqlar davam edir. Onlardan biri də az öncə Rusiyanın “dobro”su ilə, süni şəkildə yaradılmış və Qarabağdakı çoxəsrlik demoqrafik reallığa heç bir dəxli olmayan qondarma “rus icması” ilə bağlıdır.

Yenixeber.org: Bu uydurma təsisat heç də ölkəmizə münasibətdə xoş məramdan qaynaqlanmır və daha çox gələcəkdə Bakıya hansısa əlavə təzyiq rıçaqı yaratmaq niyyəti güdür. 

Xatırladaq ki, həmin “icma”nın rəhbəri Rusiya xüsusi xidmət orqanlarına bağlı olan, rus soyadlı, lakin erməni kökənli Aleksandr Bordovdur. Onun özü Rusiyada yaşasa da, vaxtaşırı təxribat törətmək üçün Xankəndinə göndərilir. .

Bordov bu günlərdə təzədən Xankəndində peyda olub və onun “təşəbbüsü” ilə martın 15-də “Dağlıq Qarabağda xristian ruhaniləri ilə islam dini nümayəndəsinin görüşü olub”. Tədbirə Rusiya sülhməramlı kontingentin tərkibində xidmət edən və müxtəlif dini konfessiyaların, o cümlədən islam inancına malik hərbçilərin də qatıldığı deyilir.

Məlumatda daha sonra bildirilir ki, Bordov öz çıxışında tarixi rus-erməni dostluğundan və pravoslav-müsəlman birliyindən (?!) dəm vurub.

Üzdəniraq “dini tolerantlıq tədbiri”ndə erməni qaynağının “müsəlman din xadimi” kimi təqdim elədiyi Umaxan Saygitov ad-soyadlı bir tipin də iştirak və çıxış elədiyi bildirilir.  Rusiya xüsusi xidmət orqanlarının agenti olduğu şübhə doğurmayan bu "imam"  ermənilərin yaşadıqlaı ərazilərdən ”müsəlman-azərbaycanlıların axırıncı nəfərinədək qovduğunu, etnik təmizlənməyə və soyqırımına məruz qoyduğunu, məscidlərin yerlə-yeksan etdiklərini "yaddan çıxararaq", tədbirə görə  saxta rus icmasınanın rəhbərinə minnətdarlıq edib 

"Biz gerçəkdən də tarixən çox yaxınıq. Əzabkeş Qarabağ torpağında davamlı sülh üçün hər şeyi etmək lazımdır" -deyə bildirib.

"Absurddur, deyilmi? Əlbəttə ki, köklü müsəlman-türk əhalinin qovulduğu, 1992-ci ildən bu yana bircə müsəlmanın yaşamadığı Azərbaycanın bu qədim torpağında belə bir üzdəniraq, təxribatçı, eyni zamanda karikatur tədbirin keçirilməsi dinə, imana, İslama, dinlərarası münasibətlərə, insaniyyətə təhqirdir. Aydındır ki, geydirmə tədbir sırf siyasi məram güdür. Anklavdakı kriminal xunta rejimini ayaqda saxlamağa, orada guya dini tolerantlığın hökm sürdüyü barədə görüntü yaratmağa xidmət edir. Bu eyni zamanda, Rusiyanın ölkəmizə qarşı ikili və təzyiq siyasətinin yeni təzahürüdür. Olayın Ukraynadakı müharibə fonunda baş verməsi də diqqət çəkməyə bilməz"  - deyə, yazıda vurğulanıb.

Xatırladaq ki, Rusiya və Azərbaycan prezidentlərinin ötən ay imzaladıqları Moskva Bəyannaməsində tərəflərin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması, separatçılığa, digər təhlükələrə qarşı birgə mübarizə haqda konkret bəndlər də var. Ancaq görünür sülhməramlı kontingentin rəhbərliyi ya Putinin imzasına hörmət qoymur, ya da Moskvadan belə təlimat alıb. "Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam