Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Rusiyaya verilən zaman bitdi- təcili iclas çağırılır

Rusiyaya verilən 48 saat bitdi,    təcili iclas çağırılır

Xəbər verdiyimiz kimi Ukrayna rəsmi olaraq Rusiyadan sərhədləri yaxınlığında hərbi fəaliyyətə aydınlıq gətirməsini istəmişdi. Kiyev bununla bağlı Rusiyaya 48 saat vaxt vermişdi.
Yenixeber.org: Ukrayna XİN rəhbəri Dmitri Kuleba Tvitter hesabında bildirib ki, qarşı tərəf sorğuya cavab verməyib və Ukrayna növbəti addıma hazırlaşır.
"Rusiya bizim Vyana Sənədi üzrə sorğumuza cavab vermədi. Biz növbəti addımı atırıq. Ukrayna yaxın 48 saat ərzində Rusiya Federasiyası və bütün iştirakçı dövlətlərlə sərhədimizdə Rusiya qoşunlarının gücləndirilməsi və digər fəaliyyətini müzakirə etmək üçün iclas çağırır.
Əgər Rusiya ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi ilə bağlı dediklərinə ciddi yanaşırsa, gərginliyi azaltmaq və bütün iştirakçı dövlətlər üçün təhlükəsizliyi gücləndirmək üçün hərbi şəffaflıq öhdəliklərini yerinə yetirməlidir”, - Kuleba öz “Twitter” səhifəsində yazıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam