Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Gürcüstandan Azərbaycana təyyarə bileti 1200 manat oldu – ÇARƏSİZ İNSANLAR TBLİSİDƏN BAKIYA İSTANBUL VƏ AKTAU ÜZƏRİNDƏN GƏLİR

Gürcüstandan Azərbaycana təyyarə bileti 1200 manat oldu – ÇARƏSİZ İNSANLAR TBLİSİDƏN BAKIYA İSTANBUL VƏ AKTAU ÜZƏRİNDƏN GƏLİR

Azərbaycan hökumətinin quru sərhədləri bağlı saxlaması vətəndaşların Gürcüstana və digər qonşu ölkələrə gediş-gəlişi üçün ciddi problemlər yaratmaqda davam edir.

Yenixeber.org: Rəsmi olaraq pandemiya, qeyri-rəsmi isə təhlükəsizlik səbəbilə sərhədləri bağlı saxlayan hökumət nədənsə təyyarə biletlərinin qiymətinə nəzarət etmək istəmir.

Bu isə imkansız təbəqə üçün ciddi maddi itkilər deməkdir.

Gürcüstanda yaşayan azərbaycanlıların Gununsesi.info-ya verdiyi məlumata görə,  son zamanlar Tblisidən Bakıya biletlərin kəskin bahalaşması insanları çıxılmaz duruma salıb. 

Belə ki, Gürcüstandan Bakiya getmək üçün sərnişinlər İstanbul və Aktau üzərindən uçaraq səfər edirlər.
Son aylar Tbilisidən Bakıya birbaşa aviabiletlərin əldə olunması xeyli çətinləşib.

Məlumata görə, Bakıdan Tblisiyə biletlər 200-300 manat civarında olsa da amma geri dönüş 1200 manata qədər yüksəlir.

Problemi araşdıran Gürcüstanın aktual.ge saytı isə yazır ki, qiymətlərin yüksək olmasının əsas səbəbi bu marşrut üzrə yalnız Azərbaycanın milli aviadaşıyıcısı – AZAL – Azerbaijan Airlines-ın fəaliyyət göstərməsidir.

Gürcüstan hava şirkəti təmsilçiləri bildirir ki, rəqabətin olmaması və müəyyən bürokratik məhdudiyyətlər qiymətlərə birbaşa təsir edir.

“Altamira Travel”in baş direktoru Elvin Qasımov qeyd edib ki, rəqabət olmadığından AZAL qiymətləri sərbəst şəkildə müəyyənləşdirə bilir.

“AVİANET”in direktoru Nailə Kiryakova isə Bakıya aviabiletlərin bahalığını tələbatın çoxluğu və Azərbaycan tərəfinin quru sərhədlərinin hələ də bağlı qalması ilə izah edib.

Sərnişinlər mövcud vəziyyətin yaxınlarını ziyarət etmək və müxtəlif tədbirlərdə iştirak imkanlarını məhdudlaşdırdığını bildirirlər.

Onların fikrincə, əlavə reyslərin açılması, quru sərhədlərin tam fəaliyyətə başlaması və qiymətlərə nəzarət mexanizmlərinin tətbiqi mövcud problemi azalda bilər.

Qeyd edək ki, Gununsesi.info-nun Azərbaycan-Gürcüstan sərhədindən hazırladığı reportajda bu bölgədə yaşayan insanlar da narazılıqlarını ifadə edib.

Həmin reportajda soydaşlarımız Gəncəbasar bölgəsində yaşayan qohumların xeyir-şər məclislərinə qatıla bilmədiklərindən gileylənir.

Onlar təklif edir ki, Azərbaycan tərəfi heç olmasa bölgə insanları üçün qapıları açmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam