Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Günün xəbəri

Ukrayna Rusiyaya 48 saat vaxt verdi-əgər Rusiya bunu etməsə...

Ukrayna rəsmi olaraq Rusiyadan sərhədləri yaxınlığında hərbi fəaliyyətə aydınlıq gətirməsini tələb edib.

Yenixeber.org: Rəsmi Kiyev 48 saat ərzində cavab tələb edir.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviter hesabında bildirib ki, Ukrayna Rusiyadan sərhəd bölgələrində və Krımda hərbi fəaliyyətlə bağlı ətraflı açıqlamalar istəyib.

Onun sözlərinə görə, Ukrayna Vyana Sənədinin III bölməsində nəzərdə tutulan risklərin azaldılması mexanizmini rəsmən tətbiq edib. “Vyana sənədinin müddəalarına əsasən, Rusiya hərbi fəaliyyətin aparılması üçün dəqiq əraziləri təqdim etməli, onun başa çatma tarixini, habelə hərbi birləşmələrin adını, tabeliyini, həmçinin ona cəlb olunan silah və hərbi texnikanın növləri, sayını bildirməlidir”, - nazir əlavə edib.

Kuleba bildirib ki, Ukrayna Rusiyaya cavab vermək üçün 48 saat vaxt verib. Ukrayna rəsmisinin sözlərinə görə, əgər Rusiya bunu etməsə və ya “qeyri-kafi və ya uyğun olmayan” məlumat təqdim edərsə, Kiyev təcili iclas çağırmaq üçün Vyana Sənədinin digər ölkələrinə müraciət edəcək və bu zaman Moskva aydınlıq gətirməli olacaq. “Biz Ukraynanın təhlükəsizliyini təmin etmək üçün bütün diplomatik imkanlardan istifadəyə davam edəcəyik”, - o, fikirlərini yekunlaşdırıb.(“Forbes”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam