Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ PUA-ları Krım ətrafında havaya qalxdı, rus mediası müharibə üçün tarix verdi -FOTOLAR


Rusiya mətbuatı ABŞ-a aid pilotsuz təyyarələrin Krım ətrafında uçuşlar həyata keçirdiyini bildirib.
Yenixeber.org: Rusiya mətbuatı xəbər verir ki, Ukrayna Türkiyədən satın alındığı PUA-larla sərhəd bölgələrində uçuşlar həyata keçirib. Bunun təhlükəli hal olduğu vurğulanıb və aprel ayının ikinci yarısında hərbi müdaxilənin başlayacağı iddia edilib.


Başqa bir məlumatda isə bildirilir ki, Ukrayna Silahlı Qüvvələri Donbasdakı separatçılara hücum edib. Həmin hadisədən bir neçə gün qabaq isə bölgədə ABŞ-a aid pilotsuz təyyarələr uçuşlar həyata keçirib. 

Rusiya ordusunun məlumatlarını yayımlayan rəsmi “Zvezda” telekanalı isə Rusiyaya aid hərbi gəmilərin əvvəlcə Qara dənizdə raket atışları etdiyini sonra isə qırıcıların havalandığını yazıb. Bildirilib ki, Su-27SM, Su-30SM, Su-24M ve Su-34-lər güc nümayiş etdiriblər. 

Qeyd edək ki, bu gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO rəsmiləri ilə görüşəcək. Həmin iclasda verilən qərarlar Ukrayna-Rusiya arasındakı hadisələrin növbəti mərhələsinə təsir edəcək. 
Xatırladaq ki, bir müddətdir Rusiya-Ukrayna arasında gərginlik artaraq davam edir. Həm Rusiya həm də Ukrayna sərhəd bölgəsinə çox sayda silah-sursat yığıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam