Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Rusiyanın tələbi rədd edildi: Sonra nə olacaq - Amerikalı ekspert

Rusiyanın tələbi rədd edildi:  Sonra nə olacaq -  Amerikalı ekspert

ABŞ və NATO nəhayət, Moskvanın təhlükəsizlik zəmanətlərinə dair tələblərinə yazılı cavab verdi. Yanvarın 26-da, axşam saatlarında ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşüb və Vaşinqtonun cavabını ona təqdim edib. Şimali Atlantika Alyansı isə təhlükəsizlik zəmanətləri ilə bağlı cavabını Rusiyanın Brüsseldəki səfiri Aleksandr Tokovinə verib.
Yenixeber.org: Xatırladaq ki, ötən il dekabrın 17-də Rusiyanın Xarici İşlər Nazirliyi Vaşinqton və NATO-ya təqdim edilən təhlükəsizlik təminatlarına dair saziş layihələrini dərc etmişdi. İki saziş layihəsində ABŞ və Alyans üzvlərinin NATO-nun şərqə doğru genişlənməsindən, o cümlədən, Ukraynanın quruma daxil olmasından imtinası, habelə ciddi hücum silahlarının, xüsusilə nüvə silahlarının yerləşdirilməsinə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.
Tərəflərin yazılı cavabının məzmunu açıqlanmasa da, dünən verilən bəyanatlardan bəlli oldu ki, nə ABŞ və müttəfiqləri, nə də NATO Kremlin əsas tələblərini yerinə yetirəcəklər. Başqa sözlə, NATO-nun genişlənməsindən və yeni üzvlərin qəbulundan imtina edilməyəcək.


Dünən axşam təcili mətbuat konfransı keçirən NATO-nun baş katibi Yens Stoltenberq bəyan etdi ki, NATO heç bir ölkənin, o cümlədən Ukraynanın alyansa qoşulmaq hüququ ilə bağlı Rusiyaya güzəştə getməyəcək. Baş katib Rusiya ilə ciddi fikir ayrılıqlarının olduğunu etiraf edib. Eyni zamanda dialoqun ziddiyətlərin nizamlanması üçün zəruri olduğunu vurğulayıb: “NATO qarşı tərəfə yazılı cavab verməyi qərara alıb, çünki Rusiya ilə dialoqda irəliləyişə nail olmaq niyyətindədir”.

Stoltenberq bildirib ki, Alyans Rusiyaya təhlükəsizlik zəmanəti ilə bağlı cavabında tərəflərin diplomatik missiyalarının bərpasını təklif edib: "Biz Moskva və Brüsseldəki ofislərimizi bərpa etməliyik".


ABŞ-ın dövlət katibi Entoni Blinken isə Vaşinqtonun Rusiya Federasiyası ilə dialoqa açıq olduğunu və diplomatik həll yoluna üstünlük verdiyini deyib. Onun sözlərinə görə, Vaşinqtonun Rusiyanın təkliflərinə cavabı müttəfiqlər və Ukrayna ilə tam razılaşdırılıb: "ABŞ-ın Rusiyaya cavabı Konqresə də təqdim edilib. Vaşinqton cavabı dərc etməyəcək və Moskvadan da eyni addımı gözləyir".

Beləliklə, Rusiyanın əsas tələbləri rədd edildi: Şimali Atlantika Alyansı qapılarını açıq saxlayacaq, ABŞ və NATO Rusiya ilə Şərqi Avropadakı hərbi bazalar mövzusunu müzakirə etməyəcək.


Amerikalı ekspert Endryu Koribko mövzunu şərh edərkən bildirib ki, Rusiya milli təhlükəsizliyinin qırmızı xətlərini Ukraynaya ordu göndərmədən də təmin edə bilər: “Bu, Rusiya-Ukrayna ərazi böhranı deyil, Rusiya-ABŞ raket böhranıdır. Rusiya kəşfiyyatı narahatdır ki, ABŞ-ın hücum silahlarını, o cümlədən hipersəs raketlərini onun sərhədinə yaxınlaşdıracaq. Kreml onların hətta “raket əleyhinə sistemlər” adı altında bölgəyə girə biləcəyindən narahatdır. Bu real narahatlıqları nəzərə alaraq, Rusiya öz qanuni maraqlarını bir neçə yolla qoruya bilər. Birincisi, o, Kiyevi Minsk razılaşmalarına əməl etməyə inandırmaq üçün növbəti görüşü gələn ay baş tutacaq “Normand” sülh prosesi vasitəsilə diplomatiyaya davam edə bilər. Ümid edirik ki, bu, ABŞ silahlarının bölgəyə daxil olmasına dair bəhanəni aradan qaldırar. İkincisi, o, bu cür təhdidlərin reallaşa biləcəyi ölkələrin yaxınlığında müdafiə və ya hücum silahlarını yerləşdirə bilər.
Üçüncüsü, sərhədi keçmədən artilleriya və ya raketlərdən istifadə etməklə Ukraynada gözlənilən və ya qaynar təhlükələri zərərsizləşdirmyə çalışması mümkündür".
Amerikalı ekspertə görə, Rusiyanın tələbilə NATO-nun şərqə doğru genişlənməyəcəyini rəsmi şəkildə bəyan etməsi qəbuledilməz olardı, çünki onlar artıq 2008-ci ildə Ukraynanın bloka qoşulacağını elan etmişdilər. "Bundan əlavə, alyansın “açıq qapı” deyilən siyasəti var və istənilən ölkə texniki olaraq istədiyi bloka qoşula bilər",- deyən Koribko bildirib ki, Rusiya NATO-nun köhnə soyuq müharibə bitdikdən sonra genişlənməmək barədə verdiyi şifahi vədini necə pozduğunu xatırladığı üçün, indi yazılı zəmanət tələb edir. Ukraynanın tez bir vaxtda bloka qoşulmasına icazə verməmək gərginliyin müvəqqəti deeskalasiyası tədbiri ola bilər. Diplomatiya həmişə döyüşməkdən yaxşıdır, lakin Donbassda qəfil gərginlik olarsa, hər şey sürətlə dəyişəcək.(azvision)
Pərvanə Sultanova

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam