Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"ABŞ təhlükəsizlik təklifinə cavab verib" - "ABŞ-ın cavabı müttəfiqlər və Ukrayna ilə tam razılaşdırılıb"

"ABŞ təhlükəsizlik təklifinə cavab verib" -    Rusiya XİN təsdiqlədi  

                    Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı təklifinə ABŞ-dan cavab verilib.
Yenixeber.org: Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“ABŞ səfiri Con Sallivan Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşkoya Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavabını təqdim edib”, - açıqlamada deyilir.
Görüşün ABŞ-ın diplomatik nümayəndəsinin xahişi ilə keçirildiyi qeyd edilir.
Xatırladaq ki, bundan əvvəl "Bloomberg" agentliyi Vaşinqtonun Moskvanın təkliflərinə cavab verdiyini açılayıb.
   ***
"ABŞ-ın cavabı müttəfiqlər və Ukrayna ilə tam razılaşdırılıb" -    Blinken
           "ABŞ-ın Rusiyanın təhlükəsizlik təkliflərinə cavabları irəliyə doğru diplomatik yol təklif edir".
Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
Blinken Rusiya Federasiyasının təhlükəsizlik təkliflərinə yazılı cavab göndərdiyini təsdiqləyib: “ABŞ Rusiya Federasiyası ilə dialoqa açıqdır və diplomatik həll yoluna üstünlük verir".
Onun sözlərinə görə, Vaşinqtonun Rusiyanın təkliflərinə cavabı müttəfiqlər və Ukrayna ilə tam razılaşdırılıb: "ABŞ-ın Rusiyanın təhlükəsizlik təkliflərinə cavabı Konqresə də təqdim edilib. Vaşinqton Rusiyanın təhlükəsizlik təkliflərinə cavabı dərc etməyəcək və Moskvadan da eyni addımı gözləyir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam