Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Əgər ABŞ-ın cavabı Rusiyanı qane etməsə...” - Moskva da Vaşinqtonu “ciddi qərar”la hədələyir

 

“ABŞ təhlükəsizliklə bağlı təkliflərə yalnız gələn həftə yazılı cavab verəcək. Lakin bu cavab Moskva üçün məyusedici olsa, ciddi siyasi qərar veriləcək”.

Yenixeber.org: Bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov “Rossiya 24” telekanalına müsahibəsində deyib.

Nazir müavini bildirib ki, hələlik tələsik nəticələr çıxarmaq tezdir və ABŞ-ın cavabını gözləmək lazımdır. O, əlavə edib ki, Rusiya münaqişə yaratmaq, kiməsə hücum etmək, kimisə hədələmək istəmir və sadəcə, öz maraqlarını qoruyur.

Xatırladaq ki, ötən gün Rusiya Xarici İşlər naziri və ABŞ Dövlət katibi arasında Cenevrədə görüş keçirilib. Demək olar ki, hər iki tərəf görüşün nəticələri barədə pessimist açıqlamalar verib.

Buna baxmayaraq, ABŞ tərəfi Rusiyanın təhlükəsizlik tələblərilə bağlı müraciətinə yazılı cavab verməyə razı olub. Hansı ki, daha əvvəl belə bir yazılı cavabın verilməyəcəyi deyilirdi.

Rusiyanın hədələrinə Ağ Evin mətbuat katibi Ceyn Psaki cavab verib. Psaki deyib ki, ABŞ-ın yazılı cavabında Vaşinqtonun Rusiyanın hərəkətlərindən narahatlığı və qarşılıqlı müdafiə hissinin möhkəmləndirilməsi barədə təkliflər yer alacaq: ”Biz şəffaflığı artırmalı, riskləri azaltmalı, silahlar üzərində nəzarəti və qarşılıqlı etibarı gücləndirməliyik”.

Bu arada ABŞ-ın “The Washington Post” qəzeti öz mənbələrinə istinadla yazıb ki, ABŞ tərəfi rusiyalı diplomatlardan rəsmi Vaşinqtonun təhlükəsizlik tələblərinə veriləcək yazılı cavabın ictimailəşdirilməməsini xahiş edib. Lakin Rusiya tərəfinin bu xahişə cavabı hələ ki, bəlli deyil.(azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam